Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Rəbb Davudu bütün düşmənlərinin və Şaulun əlindən qurtaranda Davud bu ilahininsözlərini Rəbbə söylədi; |
| 2 |
| O belə oxudu:Rəbb qayam, qalamdır, xilaskarımdır, |
| 3 |
| Allahım qayamdır, Ona pənah gətirəcəyəm,Odur qalxanım, qüvvətli qurtarıcım, qülləm,Sığınacaq yerim, xilaskarım!Sən məni zalımların əlindən qurtarırsan! |
| 4 |
| Həmdə layiq olan Rəbbi çağıracağam,Düşmənlərimin əlindən qurtulacağam. |
| 5 |
| Çünki ətrafımı ölüm dalğaları bürümüşdü,Məni əcəl selləri ürkütmüşdü, |
| 6 |
| Ölülər diyarının ipləri mənə sarılmışdı,Ölüm kəməndləri məni qarşılamışdı. |
| 7 |
| Əzab içində Rəbbə yalvardım,Allahımı köməyə çağırdım.O, məbədindən səsimi eşitdi,Fəryadımsa Onun qulağına yetdi. |
| 8 |
| O zaman sarsılıb dünya titrədi,Göylər təməllərindən sarsılıb lərzəyə gəldi.Çünki O qəzəbləndi. |
| 9 |
| Burnundan tüstü çıxıb yüksəldi,Ağzından yandırıb-yaxan alov püskürdü,Bundan közlər tutuşdu. |
| 10 |
| O, göyləri yarıb yerədək endi.Qatı zülmət ayaqları altında idi. |
| 11 |
| Bir keruva minib uçdu,Yel qanadları üstündə şığıdı. |
| 12 |
| Ətrafını zülmətə bürüdü,Tufan qoparan qara buludlardan Özünə çardaqlar qurdu. |
| 13 |
| Hüzurunun nuru şəfəq saçdı,Oradan odlu közlər düşüb alovlandı. |
| 14 |
| Rəbb göylərdən gurladı,Haqq-Taala səs saldı. |
| 15 |
| Oxlar atıb düşmənləri darmadağın etdi,Şimşəyini çaxdırıb onları dağıtdı. |
| 16 |
| Rəbbin məzəmmətindən,Burnundakı nəfəsinin şiddətindənDənizin dərinlikləri göründü,Dünyanın bünövrələri açıq qaldı. |
| 17 |
| O, ucalardan əl uzadıb məni tutdu,Məni dərin suların içindən çıxartdı. |
| 18 |
| Məni qüvvətli düşmənimdən azad etdi,Çünki yağılarım məndən güclü idi. |
| 19 |
| Fəlakətli günümdə qarşıma çıxdılar,Lakin Rəbb mənə dayaq oldu. |
| 20 |
| O məni geniş yerə çıxartdı,Məndən razı qalıb məni qurtardı. |
| 21 |
| Rəbb mənə salehliyim naminə ənam verdi,Mənə əlitəmizliyimin əvəzini verdi. |
| 22 |
| Çünki Rəbbin yolunu tutmuşam,Pis olub Allahımın yolundan azmamışam. |
| 23 |
| Onun bütün hökmləri önümdədir,Qaydalarından imtina etməmişəm. |
| 24 |
| Onun önündə kamilliyə çatmışam,Özümü günahdan qorumuşam. |
| 25 |
| Rəbb mənə salehliyimin əvəzini verdi,Gözünün önündə təmizliyimin əvəzini verdi. |
| 26 |
| Sədaqətlilərlə sədaqətlisən,Kamillərlə kamilsən. |
| 27 |
| Təmizlərlə təmizsən,Əyrilərlə əyriliklərinə görə davranırsan. |
| 28 |
| İtaətkar insanları qurtarırsan,Lovğalara göz qoyursan, onları alçaldırsan. |
| 29 |
| Ya Rəbb, Sən mənim çırağımsan,Rəbb zülmətimi nura çevirir. |
| 30 |
| Səninlə qoşun üstünə hücum çəkirəm,Allahımla sədlər keçirəm. |
| 31 |
| Allahın yolu kamildir,Rəbbin kəlamı safdır,Rəbb ona sığınanların sipəridir. |
| 32 |
| Rəbdən başqa Allah kimdir ki?Allahımızdan başqa qaya kimdir ki? |
| 33 |
| Allah qalamdır, mənə qüvvət verər,Yolumu kamil edər. |
| 34 |
| Ayaqlarımı maral ayaqları kimi çevik edər,Məni zirvələrdə saxlar. |
| 35 |
| Əllərimə döyüş təlimi verər,Qollarım tunc kamanı dartar. |
| 36 |
| Sən mənə qurtuluş qalxanını verdin,Etdiyin köməklə Sən məni yüksəltdin. |
| 37 |
| Geniş yer açdın ki, addımlayım,Büdrəməsin ayaqlarım. |
| 38 |
| Düşmənlərimi qovdum, onları qırdım,Onlar məhv olanadək geriyə qayıtmadım. |
| 39 |
| Onları əzib qurtardım, qalxa bilmədilər,Ayaqlarımın altına sərildilər. |
| 40 |
| Döyüş üçün məni qüvvə ilə bürüdün,Əleyhdarlarımı ayağımın altına saldın, |
| 41 |
| Düşmənlərimin kürəyini mənə sarı çevirdin,Mənə nifrət edən yağıları məhv etdim. |
| 42 |
| Gözləsələr də, onları qurtaran olmadı,Rəbbə baxsalar da, Ondan cavab gəlmədi. |
| 43 |
| Onları yerdəki toz kimi əzdim,Küçələrin palçığı kimi tapdaladım. |
| 44 |
| Sən məni xalqımın çəkişmələrindən qurtardın,Məni millətlərə başçı qoydun,Tanımadığım xalqları mənə tabe etdirdin. |
| 45 |
| Yadellilər mənə boyun əyirlər.Səsimi eşidəndə mənə itaət edirlər. |
| 46 |
| Yadellilərin cəsarəti qırıldı,Titrəyərək sığınacaqlarından çıxdılar. |
| 47 |
| Rəbb əbədi yaşayır, Qayama alqış olsun!Məni qurtaran Qayam, Allahım ucalsın! |
| 48 |
| O Allahdır, mənə görə qisas alır,Xalqları mənə tabe etdirir. |
| 49 |
| O məni düşmən içindən çıxarır,Məni yağılar üstündə ucaldır,Məni zalımların əlindən qurtarır. |
| 50 |
| Buna görə, ya Rəbb,Millətlər arasında Sənə şükür edəcəyəm,İsminə tərənnüm söyləyəcəyəm! |
| 51 |
| Rəbb padşahına böyük zəfərlər verər,Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər. |
|
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/2samuel/022.mp3
24
22