|
| 1 |
|
| Əyyub belə cavab verdi: |
|
| 2 |
|
| «Bu cür sözləri çox eşitmişəm,Hamınız adamincidən təsəlliçilərsiniz. |
|
| 3 |
|
| Bu boş söhbətləriniz qurtaracaqmı?Sizi nə vadar edir, belə danışırsınız? |
|
| 4 |
|
| Siz mənim yerimdə olsaydınız, mən də belə deyərdim.Əleyhinizə yaxşı-yaxşı sözlər düzüb başımı yelləyərdim. |
|
| 5 |
|
| Ağzım ürəkləndirici sözlər deyərdi,Dilimdən təsəlliverici sözlər çıxarardım,Mən sizi ovudardım. |
|
| 6 |
|
| Danışmağımla dərdim azalmır,Susuram, nə dəyişir? |
|
| 7 |
|
| Ay Allah, məni taqətdən saldın,Bütün külfətimi darmadağın etdin. |
|
| 8 |
|
| Sıxılıb əzilməyim buna şahiddir,Taqətsizliyim əleyhimə çıxıb şahidlik edir. |
|
| 9 |
|
| Allah məni qəzəbi ilə parçalayır,Mənə nifrət edir, dişlərini qıcıdır,Düşmənim gözlərini mənə dikir. |
|
| 10 |
|
| Mənə qarşı insanlar dodaq büzür,Həqarətlə üzümə şillə vurur,Mənə qarşı əlbir olur. |
|
| 11 |
|
| Allah məni haqsızlara təslim etdi,Pislərin əlinə verdi. |
|
| 12 |
|
| Rahat yaşayırdım, Allah məni pərən-pərən saldı,Boynumdan tutub yerə vurdu, məni Özünə hədəf etdi. |
|
| 13 |
|
| Onun oxçuları ətrafımı aldı,Aman vermədən böyrəklərimi deşdilər,Ödümü yerə tökdülər. |
|
| 14 |
|
| Bədənimə yara üstündən yara vurulur,Cəngavər tək üzərimə yüyürürlər. |
|
| 15 |
|
| Əynimə çul tikmişəm,Qürurumu yerə atmışam. |
|
| 16 |
|
| Ağlamaqdan üzüm qızardı,Kirpiklərimin altı-üstü kölgə saldı. |
|
| 17 |
|
| Yenə də zalımlıq əlimdən gəlmir,Sənə səmimiyyətlə dua edirəm. |
|
| 18 |
|
| Ey torpaq, qanımın üstünü örtmə,Qoy heç nə mənim naləmi saxlamasın. |
|
| 19 |
|
| Lap indidən şahidim göylərdədir,Himayədarım yüksəklərdədir. |
|
| 20 |
|
| Dostlarım məni ələ salır,Gözlərim Allaha baxıb ağlayır. |
|
| 21 |
|
| Bəşər oğlu qonşusu üçün yalvardığı kimiBiri də mən insandan ötrü qoy Allaha yalvarsın. |
|
| 22 |
|
| Çünki bir neçə il keçəndən sonraGedər-gəlməz yola gedəcəyəm. |
|
|
|
|