Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Əyyub belə cavab verdi: |
| 2 |
| «Bu gün də acı-acı şikayət edəcəyəm,Naləmə baxmayaraq üstümdə Allahın əli ağırdır. |
| 3 |
| Kaş biləydim Onu harada tapmaq olar,Məskəninə çatmaq olar. |
| 4 |
| O zaman davamı Onun hüzurunda dilə gətirərdim,Dəlillərimi dalbadal düzərdim. |
| 5 |
| Mənə verəcəyi cavabı öyrənərdim,Dediyini dərk edərdim. |
| 6 |
| Əzəməti, qüdrəti ilə əleyhimə çıxardımı?Xeyr, yəqin sözümə qulaq asardı. |
| 7 |
| Hüzurunda bir haqlı insan mübahisə etsəydi,Mən hakimimin yanında haqq qazanardım. |
| 8 |
| Şərqə getsəm, Allah orada deyil,Qərbə getsəm, Onu tapa bilmirəm. |
| 9 |
| O, şimalda işləsə, gözüm seçməz,Cənuba dönsə, Onu görə bilmərəm. |
| 10 |
| Amma tutduğum yolu O tanıyır,Məni sınayan zaman qızıl kimi çıxaram. |
| 11 |
| Hər addımını yaxından izlədim,Azmadan yoluna bağlı qaldım. |
| 12 |
| Ağzından çıxan əmrlərdən ayrılmadım,Gündəlik çörəkdən çox ağzından çıxan sözləri qiymətləndirdim. |
| 13 |
| O təkbaşına dayanıb, kim Onu döndərə bilər?Könlü nə istəsə, onu edər. |
| 14 |
| Mənimlə bağlı qərarını yerinə yetirəcək,Belə fikirləri çoxdur. |
| 15 |
| Ona görə hüzurunda dəhşətə gəlirəm,Bunları düşünəndə Ondan vahimələnirəm. |
| 16 |
| Allah qəlbimin cəsarətini qırdı,Külli-İxtiyar məni qorxuya saldı. |
| 17 |
| Sifətimi qatı qaranlıq bürüsə belə,Məni zülmət susdura bilməz. |
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/job/023.mp3
42
23