|
| 1 |
|
| Əyyub belə cavab verdi: |
|
| 2 |
|
| «Biçarəyə necə də kömək etdin!Taqətdən düşən qolu necə xilas etdin! |
|
| 3 |
|
| Hikmətsiz adama necə məsləhət verdin!Ona bol-bol müdriklik öyrətdin! |
|
| 4 |
|
| Axı bu sözləri kimə söyləyirsən?Sənin ağzınla kimin ruhu danışır? |
|
| 5 |
|
| Ölülər titrəyir,Su altında məskən salanlar lərzəyə gəlir. |
|
| 6 |
|
| Allahın hüzurunda ölülər diyarı çılpaqdır,Həlak yerinin örtüyü yoxdur. |
|
| 7 |
|
| Şimalı boş fəzanın üstünə yayır,Dünyanı heçliyin üstündən asır. |
|
| 8 |
|
| Buludların içinə sularını büküb yığır,Onların ağırlığından buludlar yırtılmır. |
|
| 9 |
|
| Bədirlənmiş ayın üzünü örtür,Buludları üstünə çəkir. |
|
| 10 |
|
| Suların üstünə bir sərhəd çəkir,İşıqla qaranlığı bölür. |
|
| 11 |
|
| O qəzəblənəndə göyün dirəkləri sarsılır,Çaşıb qalır. |
|
| 12 |
|
| Dənizi gücü ilə çalxalayır,Müdrikliyi ilə Rahavıvurur. |
|
| 13 |
|
| Göyləri nəfəsi ilə açır,Qaçan ilanı əli ilə parçalayır. |
|
| 14 |
|
| Bunlar yalnız Onun etdiklərinin bir zərrəsidir,Ondan eşitdiyimiz çox zəif bir pıçıltıdır.Axı qüdrətli gurultusunu kim dərk edə bilər?» |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/job/026.mp3
42
26