|
| 1 |
|
| Əyyub, indisə mənim sözümü dinlə,Hər kəlməmə qulaq as. |
|
| 2 |
|
| Bax ağzımı açıram,Dilim bu sözləri deyir. |
|
| 3 |
|
| Sözlərim səmimi ürəkdən gəlir,Dodaqlarım biliyi doğru söyləyir. |
|
| 4 |
|
| Məni Allahın Ruhu yaratdı,Külli-İxtiyarın nəfəsi mənə həyat verdi. |
|
| 5 |
|
| Əgər əlindən gəlirsə, mənə cavab ver,Sıraya düz sözlərini, qarşımda dayan. |
|
| 6 |
|
| Mən də Allahın nəzərində sənin kimiyəm,Mən də palçıqdan düzəldilmişəm. |
|
| 7 |
|
| Dəhşətimdən vahiməyə düşmə,Bu hücumum sənə ağır gəlməsin. |
|
| 8 |
|
| Həqiqətən, səsin hələ qulaqlarımdadır,Belə demişdin: |
|
| 9 |
|
| “Pakam, günahsızam,Təmizəm, təqsirsizəm. |
|
| 10 |
|
| Yenə də Allah mənə qarşı bəhanə axtarır,Məni Özünə düşmən sayır. |
|
| 11 |
|
| Ayaqlarımı buxovlayır,Bütün yollarıma göz qoyur”. |
|
| 12 |
|
| Amma qoy bunu sənə söyləyim ki,Sən bu barədə haqsızsan,Çünki Allah insandan böyükdür. |
|
| 13 |
|
| İnsanın heç bir sözünə cavab vermir deyəNiyə Onunla çəkişirsən? |
|
| 14 |
|
| Çünki insan anlamasa da,Allah bu və ya digər yolla danışır. |
|
| 15 |
|
| Yuxuda, gecə röyalarında,İnsanlar dərin yuxuya qərq olanda,Yataqda yatanda |
|
| 16 |
|
| İnsanın qulağını açır,Xəbərdarlıq edərək onu qorxudur ki, |
|
| 17 |
|
| İnsan şər iş görməkdən dönsün,Təkəbbürdən uzaq olsun. |
|
| 18 |
|
| İnsanın canını quyudan,Həyatını qılıncla həlak olmaqdan qurtarır, |
|
| 19 |
|
| İnsanı yatağında ağrılarla,Sümüklərini kəsilməyən sızıltılarla yola gətirir. |
|
| 20 |
|
| Belə ki könlündən yemək keçmir,Ən ləziz yeməkdən iyrənir. |
|
| 21 |
|
| Əti tökülür, görünməz hala düşür.Görünməyən sümükləri üzə çıxır. |
|
| 22 |
|
| Canı quyuya,Həyatı ölüm mələklərinə yaxınlaşır. |
|
| 23 |
|
| İnsana əməlisalehliyini bəyan etmək üçünMin mələyin içindən bir mələk, bir vasitəçi olsa, |
|
| 24 |
|
| O zaman Allah ona rəhm edib deyər:“Onu quyuya düşməkdən qurtar,Onun üçün kəffarə tapmışam”. |
|
| 25 |
|
| Onda bədəni uşaq bədəni kimi təzə olar,Yeniyetməlik dövrünə qayıdar. |
|
| 26 |
|
| Dua edəndə Allah ondan razı qalar,Sevinərək Allahın üzünü görər,Allah onun vəziyyətini düzəldər. |
|
| 27 |
|
| Sonra insanların önündə nəğmə söyləyər:“Günah işlədib doğru yoldan azmışdım,Allah mənə layiq olduğum cəzanı vermədi. |
|
| 28 |
|
| Canımı quyuya düşməkdən qurtardı,Həyatım nur görəcək”. |
|
| 29 |
|
| Bax Allah bütün bunları insanlaraYa iki dəfə ya da üç dəfə edər ki, |
|
| 30 |
|
| Onların canını quyudan xilas etsin,Onlar həyatın nurunu görsün. |
|
| 31 |
|
| Yaxşı dinlə, Əyyub, bir qulaq as,Sakit ol, qoy danışım. |
|
| 32 |
|
| Əgər deməyə sözün varsa, mənə cavab ver,Danış, çünki səni haqlı çıxarmaq istəyirəm. |
|
| 33 |
|
| Sözün yoxsa, mənə qulaq as,Sakit ol, qoy sənə hikmət öyrədim». |
|
|
|
|