Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Elihu sözünü belə davam etdirdi: |
| 2 |
| «Allah önündə haqlı olduğunu deyirsən.Bunun doğru olduğunumu düşünürsən? |
| 3 |
| Bəs niyə soruşursan ki, “əgər günah işlətməsəm,Bundan xeyrim, qazancım nə ola bilər?” |
| 4 |
| Həm sənə, həm də dostlarınaBelə cavab verəcəyəm. |
| 5 |
| Bir bax səmaya,Nəzər sal başının üstündəki buludlara. |
| 6 |
| Günah işlətsən, bunun Allaha nə ziyanı dəyər?Nə qədər üsyankar olsan da, Ona bir şey olarmı? |
| 7 |
| Sənin salehliyin Ona nə verir?Yaxud da O, əlindən nəyi alıb götürür? |
| 8 |
| Pisliyin özün kimisinə ziyan vurur,Salehliyin isə bəşər oğlu üçündür. |
| 9 |
| İnsanlar ağır təzyiq altında fəryad edir,Güclülərə qarşı yardım istəyir. |
| 10 |
| Amma deyən yoxdur: “Hanı məni yaradan Allah?Hanı bizə gecələr ilahilər oxutduran Allah? |
| 11 |
| O bizi yer üzünün heyvanlarından çox öyrədib,Bizə göydəki quşlardan daha çox hikmət verib”. |
| 12 |
| Orada pislərin qüruru üzündənİnsanlar fəryad edir,Amma Allah cavab vermir. |
| 13 |
| Əslində Allah boş fəryadı dinləmir,Külli-İxtiyar buna əhəmiyyət vermir. |
| 14 |
| Sən onu görmədiyini söylədiyin anda belə,Mübahisən önündədir, Onu gözlə. |
| 15 |
| İndi qəzəblənib cəzalandırmırsa,Təqsirin çoxluğuna baxmır. |
| 16 |
| Ona görə Əyyub boş yerə ağzını yorur,Avam-avam danışdıqca danışır». |
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/job/035.mp3
42
35