|
| 1 |
|
| Elihu sözünü belə davam etdirdi: |
|
| 2 |
|
| «Bir az səbir elə, sənə izah edəcəyəm,Çünki Allah barədə deyiləcək çox sözüm var. |
|
| 3 |
|
| Geniş məlumat toplayacağam,Yaradanıma haqq verəcəyəm. |
|
| 4 |
|
| Dediyimin heç biri, şübhəsiz, yalan deyil,Qarşında dayanan kamil bilicidir. |
|
| 5 |
|
| Allah güclüdür, kimsəyə xor baxmaz,Güclüdür, dərin şüura malikdir. |
|
| 6 |
|
| Pis adamları yaşatmaz,Fəqirlərin haqqını verər. |
|
| 7 |
|
| Salehdən gözünü çəkməz,Onu padşahlarla birgə taxtda oturdar,Əbədilik ucaldar. |
|
| 8 |
|
| Amma əgər insanlar zəncirlənibTəzyiq altında saxlanarsa, |
|
| 9 |
|
| Onlara əməllərini, günahlarını göstərər,Təkəbbürlü rəftar etdiklərini bildirər. |
|
| 10 |
|
| Öyüdlərini eşitdirər,Pislikdən dönmələrini əmr edər. |
|
| 11 |
|
| Əgər Ona qulaq asıb qulluq edərlərsə,Qalan günlərini bolluq içində yaşarlar,Qalan illərini əmin-amanlıqda yaşarlar. |
|
| 12 |
|
| Qulaq asmazlarsa, qılıncdan keçirilərlər,Cəhalət içində canları çıxar. |
|
| 13 |
|
| Allahsızlar ürəklərində kin saxlayırlar,Allah onları qandallayanda belə, Onu çağırmırlar. |
|
| 14 |
|
| Vaxtsız ölüb gedərlər,Şərəfsiz ömür sürərlər. |
|
| 15 |
|
| Amma Allah əzabkeşləri əzablarından xilas edər,Dara düşəndə onlara səsini eşitdirər. |
|
| 16 |
|
| Bəli, O səni çətinlikdənDarısqal olmayan geniş yerə,Yağlı yeməklərlə bəzənmiş süfrəyə çıxarar. |
|
| 17 |
|
| Amma şərin hökmü vücuduna dolar,Haqq-ədalət isə yaxandan tutar. |
|
| 18 |
|
| Ehtiyatlı ol, qoy pul səni başdan çıxarmasın,Rüşvətin böyüklüyünü görüb azmayasan. |
|
| 19 |
|
| Səni dardan qurtarmağa,Varının, yoxsa qüdrətinin gücü çatarmı? |
|
| 20 |
|
| Xalqların öz yerlərindənYox edildiyi gecənin həsrətini çəkmə. |
|
| 21 |
|
| Ehtiyatlı ol ki, şərə tərəf dönməyəsən,Çünki zəlil olmaqdan çox bunu seçmisən. |
|
| 22 |
|
| Budur, Allah əzəməti ilə ucalır,Onun kimi müəllim haradadır? |
|
| 23 |
|
| Kim Ona nə etməsinin lazım olduğunu söyləyə bilər?Kim Ona “haqsızsan” deyə bilər? |
|
| 24 |
|
| Onun işlərini yada sal,İnsanların ilahilərlə tərənnüm etdiyi işləri mədh etməlisən. |
|
| 25 |
|
| Bütün insanlar bunu görür,Hamı bu işləri uzaqdan seyr edir. |
|
| 26 |
|
| Bəli, Allah çox böyükdür, Onu tanıya bilmirik,İllərinin sayını araşdıran yoxdur. |
|
| 27 |
|
| Su damcılarını yuxarı qaldırır,Buxarlandırır, yağış yağdırır. |
|
| 28 |
|
| Bu yağışlar buludlardan tökülür,İnsanların üstünə bol yağışlar səpilir. |
|
| 29 |
|
| Buludların necə yayılmasını,Göylərin çadırında guruldamasınıKim dərk edə bilər? |
|
| 30 |
|
| Baxın, ətrafında şimşəkləri çaxdırır,Dənizin dərinliklərini doldurur. |
|
| 31 |
|
| Allah xalqlara rəhbərlik edir,Onları bol ərzaqla təmin edir. |
|
| 32 |
|
| Şimşəyi əlləri ilə tutur,Hədəfə vurmasını buyurur. |
|
| 33 |
|
| Gurultusu qasırğadan xəbər verir,Qasırğanın qopacağını öküzlərə belə, bildirir. |
|
|
: |
| 1 | | 2 | | 3 | | 4 | | 5 | | 6 | | 7 | | 8 | | 9 | | 10 | | 11 | | 12 | | 13 | | 14 | | 15 | | 16 | | 17 | | 18 | | 19 | | 20 | | 21 | | 22 | | 23 | | 24 | | 25 | | 26 | | 27 | | 28 | | 29 | | 30 | | 31 | | 32 | | 33 | 1
1
1 |
|
|---|
|
https://beblia.bible:81/BibleAudio/azerbaijan/job/036.mp3
42
36