|
| 1 |
|
| Rəbb Əyyuba belə dedi: |
|
| 2 |
|
| «Kim ki tənbehə layiq görülür,O, Külli-İxtiyarla mübahisə edə bilərmi?Qoy buna Allahı ittiham edən cavab versin». |
|
| 3 |
|
| Onda Əyyub Rəbbə belə cavab verdi: |
|
| 4 |
|
| «Mənim gərəksizliyimə bax,Sənə necə cavab verim,Ağzımı əlimlə tutmuşam. |
|
| 5 |
|
| Bir dəfə danışdım, daha cavabım yoxdur,Artıq ikinci dəfə nə danışım». |
|
| 6 |
|
| Rəbb qasırğanın içindən Əyyuba cavab verdi: |
|
| 7 |
|
| «İndi kişi kimi belinə qurşaq bağla,Sual verəcəyəm, Mənə cavab ver. |
|
| 8 |
|
| Sənmi ədalətimi boşa çıxaracaqsan?Özünə haqq qazandırmaq üçün sənmi Məni günahlandıracaqsan? |
|
| 9 |
|
| Allahın qolu kimi qolun varmı?Səsin Onunku kimi gurlayarmı? |
|
| 10 |
|
| Əgər belədirsə, şərəfə, şana bürün,Ehtişamı, əzəməti geyin. |
|
| 11 |
|
| Qoy qəzəbinin alovu saçsın,Hər qürurluya baxıb onları alçalt. |
|
| 12 |
|
| Qürurluların hamısına baxıb aşağı endir,Pisləri yerindəcə təpiyinin altına sal. |
|
| 13 |
|
| Hamısını birlikdə torpaq altında basdır,Məzarda üzləri kəfənə bürünsün. |
|
| 14 |
|
| O zaman Mən də bunu qəbul edərəm,Belə ki sağ qolun səni qurtarır. |
|
| 15 |
|
| Behemotabax, öküz kimi ot yeyir,Səni yaratdığım kimi onu da Mən yaratmışam, |
|
| 16 |
|
| Gör belində nə qədər güc var,Qarın əzələləri necə möhkəmdir. |
|
| 17 |
|
| Sallanan quyruğu sidr ağacına bənzəyir,Budlarındakı vətərlər bir-birinə hörülüb. |
|
| 18 |
|
| Sümükləri sanki tunc borudur,Qabırğaları elə bil dəmir çubuqdur. |
|
| 19 |
|
| Allahın işləri arasında şah əsərdir,Yalnız Yaradan ona qılıncla yaxınlaşa bilir. |
|
| 20 |
|
| Təpələr məhsullarını ona verir,Bütün çöl heyvanları yanında oynaşır. |
|
| 21 |
|
| Nilufərlərin altında,Qamışla örtülü bataqlıqlarda yatır. |
|
| 22 |
|
| Nilufərlər üstünə kölgə salır,Dərənin söyüdləri onu əhatəyə alır. |
|
| 23 |
|
| Coşğun çaylardan qorxmur,Sellər boğazına çatsa da, arxayındır. |
|
| 24 |
|
| Gözləri açıq ikən kim onu tuta bilər?Kim qıra ilə onun burnunu deşər? |
|
|
|
|