|
| 1 |
|
| Əyyub belə cavab verdi: |
|
| 2 |
|
| «Kaş bu dərdim çəkiləydi,Bütün ağrılarım tərəziyə qoyulaydı. |
|
| 3 |
|
| Onda dənizlərin qumundan ağır gələrdi,Ona görə tez bu sözləri dedim. |
|
| 4 |
|
| Həqiqətən, Külli-İxtiyarın oxları köksümdədir,Ruhum onların zəhərlərini içir.Allahın dəhşətləri mənə hücum çəkir. |
|
| 5 |
|
| Ot olanda vəhşi eşşək anqırarmı?Yem tapanda öküz heç böyürərmi? |
|
| 6 |
|
| Duzsuz, şit yeməyi yemək olarmı?Yumurta ağının dadı varmı? |
|
| 7 |
|
| Belə yeməklərə əl vurmaq istəmirəm,Onlardan iyrənirəm. |
|
| 8 |
|
| Kaş arzuma çataydım,Allah mənə həsrətində olduğumu verəydi, |
|
| 9 |
|
| Lütf edib məni əzsə belə,Əldən cəld olub həyatımın bağını kəssə belə, |
|
| 10 |
|
| Mən yenə ovunardım,Bu amansız dərdimə baxmayaraqMüqəddəs Olanın sözlərini inkar etmədiyimə görə sevinərdim. |
|
| 11 |
|
| Nə gücüm var ki, gözləyim?Sonum nə qədərdir ki, səbir edim? |
|
| 12 |
|
| Daş qədər güclüyəmmi?Ətim tuncdandırmı? |
|
| 13 |
|
| Əlacsız qalandaÖzümə kömək etməyə gücüm çatarmı? |
|
| 14 |
|
| İnsan Külli-İxtiyarın qorxusundan vaz keçsə belə,Çarəsiz qalanda ona dostun sədaqəti gərəkdir. |
|
| 15 |
|
| Qardaşlarım mənə bir vadi kimi xəyanət etdi,Çaylar kimi axıb getdi. |
|
| 16 |
|
| Bu vadilər buzlar əriyəndə daşar,Qar suları ilə dolar. |
|
| 17 |
|
| Bu vadilər quraq vaxtı quruyar,İstidə yataqlarından yox olar. |
|
| 18 |
|
| Bu vadilərə görə karvanlar yolunu azar,Səhraya çıxanda həlak olar. |
|
| 19 |
|
| Temanın karvanları su axtarar,Səbadan gələn səyyahlar ora ümid bağlar. |
|
| 20 |
|
| Amma ora çatanda ümid bağladıqlarına peşman olar,Mat-məəttəl qalar. |
|
| 21 |
|
| İndi siz də mənim üçün bir heç olmusunuz,Bu dəhşətə baxıb qorxursunuz. |
|
| 22 |
|
| Mən demişəmmi “Mənə nəyisə verin,Var-dövlətinizdən mənə rüşvət göndərin? |
|
| 23 |
|
| Yaxud da məni düşmən əlindən qurtarın,Zalımların əlindən azad edin?” |
|
| 24 |
|
| Mən susum, siz mənə öyrədin,Nə səhv etmişəmsə, mənə göstərin. |
|
| 25 |
|
| Doğru söz kəsərli olar,Sizin bu iradınız bəs nəyi sübut edir? |
|
| 26 |
|
| Niyə sözlərimi qınamaq istəyirsiniz?Niyə mən biçarənin dediyini boşboğazlıq sanırsınız? |
|
| 27 |
|
| Yetim üçün belə, püşk atırsınız,Dostunuzu satırsınız. |
|
| 28 |
|
| İndi lütf edib mənə baxın,Bax mən üzünüzə ağ yalan demərəm. |
|
| 29 |
|
| Atın haqsızlığı, haqsızlıq etməyin,Düşünün ki, bu davada mən haqlıyam. |
|
| 30 |
|
| Dilimdən haqsız söz çıxırmı?Pis şeyləri ağzıma alırammı? |
|
|
|
|