|
| 1 |
|
| Əyyub belə cavab verdi: |
|
| 2 |
|
| «Belə olduğunu, həqiqətən, bilirəm.Amma Allah qarşısında insan necə haqlı çıxa bilər? |
|
| 3 |
|
| Əgər Onunla kimsə mübahisə etmək istəsə,Onun min sualına bir cavab tapa bilməz. |
|
| 4 |
|
| Hikməti dərin, gücü tükənməyən Odur.Ona qarşı duranlardan kim sağ qalıb? |
|
| 5 |
|
| Allah dağları yerindən oynadar,Dağlar heç bilməz.Qəzəbi ilə onları alt-üst edər. |
|
| 6 |
|
| Dünyanı yerindən oynadar,Dirəklərini lərzəyə salar. |
|
| 7 |
|
| Əmr etsə, günəş doğmaz,Ulduzların işığını örtüb möhürlər. |
|
| 8 |
|
| Odur təkbaşına göyləri sərən,Dəniz dalğalarının üstündə gəzən. |
|
| 9 |
|
| Odur Böyük Ayı, Orion, Ülkər bürclərini,Cənub bürclərini yaradan. |
|
| 10 |
|
| Odur dərk etmədiyimizdən də böyük işlər görən,Saysız xariqələr göstərən. |
|
| 11 |
|
| Bax yanımdan elə keçər ki, Onu görə bilmərəm,Elə keçib gedər ki, heç hiss etmərəm. |
|
| 12 |
|
| Nə isə tutub apararsa, kim Ona mane ola bilər?Kim Ona “Nə edirsən?” deyə bilər? |
|
| 13 |
|
| Allah qəzəbini geri döndərməz,Rahavınköməkçiləri belə, ayağı altda qalar. |
|
| 14 |
|
| Belə isə Ona necə cavab verə bilərəm?Hüzurunda necə söz tapa bilərəm? |
|
| 15 |
|
| Günahsız olsam belə, Ona cavab verə bilmərəm,Rəhm etsin deyə Hökmdarıma yalvarmalıyam. |
|
| 16 |
|
| Onu çağıranda O mənə cavab versə belə,Yenə inanmıram ki, O, səsimi eşidir. |
|
| 17 |
|
| Çünki tufanla məni əzir,Nahaq yerə yaralarımı çoxaldır, |
|
| 18 |
|
| Məni nəfəs almağa qoymur,Məni acılarla cana doydurur, |
|
| 19 |
|
| İş qüvvədədirsə, O qüvvəlidir,İş ədalətdədirsə, kim Onu hakimin qarşısına apara bilər? |
|
| 20 |
|
| Mən günahsız olsam belə, dilim məni ittiham edər,Kamil olsam belə, məni təqsirkar çıxarar. |
|
| 21 |
|
| Kamil olsam da, bir şey deyiləm,Öz həyatıma xor baxıram. |
|
| 22 |
|
| Hamısı birdir, ona görə deyirəm:“O həm kamili, həm də günahkarı yox edir”. |
|
| 23 |
|
| Əgər qəfil ölüm gəlsə,Günahsızların əzabına gülür. |
|
| 24 |
|
| Dünya pislərə təslim edilib,Dünya hakimlərinin gözünü bağlayan Odur.O deyilsə, bəs kimdir? |
|
| 25 |
|
| Günlərim sürətlə qaçır, çapardan sürətlidir,Bir xeyir tapmadan qaçırlar. |
|
| 26 |
|
| Qamış qayıq kimi keçib gedirlərOvunun üstünə şığıyan qartal kimidirlər. |
|
| 27 |
|
| Bu şikayətimi unutmaq istəsəm,Sifətimin ifadəsini dəyişib ürəyimin açılmasını istəsəm, |
|
| 28 |
|
| Bu əziyyətdən yenə vahimələnərəm,Məni günahsız saymayacağını bilərəm. |
|
| 29 |
|
| Madam ki yenə günahkar çıxacağam,Boş yerə niyə belə zəhmət çəkim? |
|
| 30 |
|
| Əgər qar suyu ilə yuyunsam,Əllərimi gilabı ilə yusam, |
|
| 31 |
|
| Yenə də məni çirkaba batırarsan,Paltarlarım belə, məndən iyrənir. |
|
| 32 |
|
| O mənim kimi insan olmadığına görəOna cavab verə bilmirəm, məhkəməyə birgə gedə bilmirəm. |
|
| 33 |
|
| Kaş aramızda bir hakim olaydı,Əlini ikimizin də üzərinə qoyaydı. |
|
| 34 |
|
| Allah Öz dəyənəyini üstümdən götürəydi,Dəhşəti ilə məni vahimələndirməyəydi. |
|
| 35 |
|
| O zaman Ondan qorxmadan danışardım,Amma bu vəziyyətdə heç nə edə bilmirəm. |
|
|
|
|