Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Rəbbə həmd edin!Nə bəxtiyardır Rəbdən qorxan,Əmrlərindən zövq alan insan! |
| 2 |
| Nəsli yer üzündə güclü olacaq,Əməlisalehlərin övladları xeyir-dua alacaq. |
| 3 |
| Evindən bolluq və sərvət əskilməz,Salehliyi əbədi qalar. |
| 4 |
| Zülmətdə belə, əməlisaleh insanlar üçün,Lütfkar, rəhmli və saleh adamlar üçün nur doğar. |
| 5 |
| Səxavətlə borc verən,İşlərini ədalətlə görən yaxşı insandır. |
| 6 |
| Belə adam əsla sarsılmaz,Saleh insan əbədi olaraq yadda qalacaq. |
| 7 |
| Pis xəbərdən qorxmaz,Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir, |
| 8 |
| Cəsur ürəklidir,Düşmənlərinin süqutunu görənədək qorxmaz. |
| 9 |
| Səpələyər, fəqirlərə paylayar,Salehliyi əbədi qalar,Qüdrəti və hörməti ucalar. |
| 10 |
| Pis adamsa bunu görüb qəzəblənər,Dişlərini qıcıdar, yanıb-tökülər,Pislərin arzusu puç olar. |
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/psalms/112.mp3
150
112