Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Rəbbə fəryad qoparıb haray salıram,Rəbbə yalvararaq haray salıram. |
| 2 |
| Hüzuruna şikayətimi tökürəm,Qarşısında əziyyətimi söyləyirəm. |
| 3 |
| Ruhdan düşəndə hansı yolda olduğumu bildin,Yolumda gizli tələ qurublar. |
| 4 |
| Sağıma bax, Özün gör, heç kim məni saymır,Pənah yerim yoxdur,Heç kim qayğıma qalmır. |
| 5 |
| Ya Rəbb, Sənə fəryad edərək dedim:«Pənahım Sənsən,Dirilər arasında Sən mənim nəsibimsən». |
| 6 |
| Qulaq as fəryadıma,Nə qədər alçaldılmışam!Məni təqib edənlərdən qurtar,Çünki onlar məndən güclüdür. |
| 7 |
| Canımı zindandan qurtar,Qoy isminə şükür edim!Onda salehlər məni əhatə edəcək,Çünki mənə comərdlik etdin! |
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/psalms/142.mp3
150
142