Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Rəbbə həmd edin!Allahımızı tərənnüm etmək nə qədər yaxşıdır!O buna layiqdir, Ona həmdlər söyləmək xoşdur! |
| 2 |
| Rəbb Yerusəlimi bərpa edər,İsrailin əsarətdə olanlarını yığıb-gətirər. |
| 3 |
| O, sınıq qəlblərə şəfa verər,Yaralarını sarıyar. |
| 4 |
| Ulduzların sayını hesablar,Hər birini öz adı ilə çağırar. |
| 5 |
| Xudavəndimiz əzəmətlidir,Qüvvəti çoxdur, dərrakəsi hədsizdir! |
| 6 |
| Rəbb məzlumları ayağa qaldırar,Pisləri isə toz-torpaq içinə atar. |
| 7 |
| Rəbbə şükür nəğməsi söyləyin,Allahımızı lira ilə tərənnüm edin! |
| 8 |
| O, göyləri buludlarla bürüyər,Yer üzünü yağışla təmin edər,Dağlarda ot bitirər. |
| 9 |
| O, heyvanlara yem verər,Çığırışan quzğun balalarını yemlər. |
| 10 |
| O, güclü atlardan zövq almaz,Qüvvətli addımlardan razı qalmaz. |
| 11 |
| Amma Rəbb Ondan qorxanlardan,Onun məhəbbətinə ümid bağlayanlardan razı qalar. |
| 12 |
| Ey Yerusəlim, Rəbbi mədh et!Ey Sion, Allahına həmd et! |
| 13 |
| Çünki darvazalarının cəftələrini bərkidər,Sənin əhalinə bərəkət verər. |
| 14 |
| Sərhədinə əmin-amanlıq,Sənə doyunca əla taxıl yetirər. |
| 15 |
| Kəlamını yer üzünə yollar,Onun sözü tez yayılar. |
| 16 |
| Ağ yun kimi qar yağdırar,Kül kimi qırov salar. |
| 17 |
| Parça-parça dolu tökər.Onun soyuğuna kim dözə bilər? |
| 18 |
| Buyruq verəndə buz əriyər,Külək əsdirəndə sular sel tək axar. |
| 19 |
| O, Yaqub nəslinə sözlərini,İsraillilərə qanun və hökmlərini bildirir. |
| 20 |
| Başqa millətlər üçün belə etməyib,Heç birinə hökmlərini bildirməyib.Rəbbə həmd edin! |
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/psalms/147.mp3
150
147