Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Rəbbindir yer üzü və orada mövcud olanlar,Dünya və orada yaşayanlar. |
| 2 |
| O, yerin təməlini dənizlər üstündə qurdu,Dünyanı sular üzərində yaratdı. |
| 3 |
| Rəbbin dağına kim çıxa bilər?Müqəddəs məskəninə kim girə bilər? |
| 4 |
| – Əlləri pak, qəlbi təmiz,Hiyləyə könül verməyən,Yalandan and içməyən insan. |
| 5 |
| O, Rəbdən bərəkət alacaq,Xilaskarı Allahdan salehlik alacaq. |
| 6 |
| Belə adam Rəbbi soraqlayar,Yaqubun Allahının üzünü axtarar. |
| 7 |
| Ey darvazalar, başlarınızı qaldırın,Ey qədim qapılar, açılın,Əzəmətli Padşah içəri daxil olsun! |
| 8 |
| Bu əzəmətli Padşah kimdir?– Odur, güclü-qüdrətli Rəbb,Döyüşdə qüvvətli Rəbb. |
| 9 |
| Ey darvazalar, başlarınızı qaldırın,Ey qədim qapılar, açılın,Əzəmətli Padşah içəri daxil olsun! |
| 10 |
| Bu əzəmətli Padşah kimdir?– Ordular Rəbbi,Odur əzəmətli Padşah! |
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/psalms/024.mp3
150
24