×

Azərbaycan Müqəddəs Kitab 1878

Zəbur 3

1
Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb!Əleyhimə qalxanlar nə qədər artıb!
2
Mənim üçün çoxları deyir:«Allahdan ona xilas yoxdur».
3
Amma Sən, ya Rəbb, ətrafımda sipərsən,Şərəfimsən, başımı ucaldan Sənsən!
4
Rəbbi ucadan səsləyirəm,O, müqəddəs dağından mənə cavab verir.
5
Mən yatıram, yuxuya gedirəm,Yenə oyanıram, çünki Rəbb mənə kömək edir.
6
Hər yandan məni mühasirəyə alanOn minlərlə xalqdan qorxmuram.
7
Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar!Çünki Sən bütün düşmənlərimin əngindən vurursan,Pislərin dişlərini qırırsan.
8
Qurtuluş Rəbdəndir,Qoy Sənin xeyir-duan xalqının üzərində olsun!
Azerbaijan Bible 1878
Public Domain: 1878
:
Qeydləri qeyd edin