Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Pislik edənlərə görə narahat olma,Fitnəkarlıq edənlərə qibtə etmə. |
| 2 |
| Tezliklə onlar ot kimi quruyacaq,Yaşıl çəmən kimi tez solacaq. |
| 3 |
| Rəbbə güvən, yaxşılıq et,Bu diyarda arxayın ömür sür. |
| 4 |
| Rəbdən zövq al,O da səni ürəyinin istəklərinə çatdıracaq. |
| 5 |
| Yolunu Rəbbə ver,Ona güvən,O edəcək. |
| 6 |
| Rəbb sənin salehliyini nur kimi aydınlaşdıracaq,Həqiqətini gündüz günəşi tək çıxaracaq. |
| 7 |
| Rəbbin hüzurunda sükut et,Onu səbirlə gözlə.Yolunda uğur qazananHiyləgər insan üçün narahat olma. |
| 8 |
| Qəzəbi at, hiddətdən çəkin,Narahat olma, bunlar insanı şərə salar. |
| 9 |
| Çünki şər adamlar kəsilib atılacaq,Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq. |
| 10 |
| Bir az gözlə, pis yox olacaq,Yerini axtarsan belə, tapılmayacaq. |
| 11 |
| Həlimlər yer üzünü mülk olaraq alacaq,Əmin-amanlığın bolluğundan zövq tapacaq. |
| 12 |
| Şər adam salehin qəsdinə durur,Ona qarşı dişlərini qıcayır. |
| 13 |
| Amma Xudavənd şər adama gülür,Onun dövranının az olmasını bilir. |
| 14 |
| Məzlumu, fəqiri yerə vurmaq üçün,Düz yolda olanı boğazlamaq üçünPislər qılınc çəkər, ox-kamanını qurar. |
| 15 |
| Lakin onların qılıncları öz ürəklərinə saplanacaq,Ox-kamanları parça-parça olacaq. |
| 16 |
| Salehin az malıPislərin bütün sərvətlərindən yaxşıdır. |
| 17 |
| Çünki pislərin qol-qanadı qırılacaq,Rəbb isə salehlərin dayağıdır. |
| 18 |
| Rəbbə kamillərin gündəlik qayğıları məlumdur,Onların irsi əbədi qalacaq. |
| 19 |
| Dar gündə utanmayacaqlar,Qıtlıqda tox yaşayacaqlar. |
| 20 |
| Lakin pislər həlak olacaq,Rəbbin düşmənləri çəmənin təravəti kimi solacaq,Tüstü kimi çəkilərək yox olacaq. |
| 21 |
| Pis adam borc alır, qaytarmır,Salehlər səxavətlə paylayır. |
| 22 |
| Rəbdən bərəkət alan ölkəni mülk olaraq alacaq,Lənət etdiyi kəslər kəsilib atılacaq. |
| 23 |
| Rəbb insana gedəcəyi yolu göstərir,Kimdən razı qalırsa, onu möhkəmləndirir. |
| 24 |
| Bu insan büdrəsə də, yıxılmaz,Çünki Rəbb onun əlindən tutar. |
| 25 |
| Gəncliyimdən qocalığımadəkSalehin tərk edildiyini,Nəslinin çörək üçün diləndiyini görməmişəm. |
| 26 |
| O hər zaman səxavətlə borc verər,Övladlarına xeyir-dua gələr. |
| 27 |
| Şərdən çəkinib yaxşılıq et ki,Ölkədə əbədi məskən sala biləsən. |
| 28 |
| Çünki Rəbb ədaləti sevir,Heç zaman möminlərini tərk etmir.Salehlər daim müdafiə olunacaq,Pislər nəsilliklə kəsilib atılacaq. |
| 29 |
| Salehlər ölkəni mülk olaraq alacaq,Onlar orada əbədi məskən salacaq. |
| 30 |
| Salehin ağzından hikmət çıxar,Dili haqq söz danışar. |
| 31 |
| Çünki Allahın qanunu ürəyindədir,Ayaqları büdrəmir. |
| 32 |
| Pis adam salehi güdür,Onu öldürmək üçün fürsət axtarır. |
| 33 |
| Rəbb salehi pisin əlinə düşməyə qoymaz,Ona ittiham oxunanda məhkum olmaz. |
| 34 |
| Rəbbi gözlə, Onun yolunu tut,O sənə ölkəni mülk olaraq verəcək, səni yüksəldəcək.Pislərin kəsilib atılacağı zamanı görəcəksən. |
| 35 |
| Münbit torpaqda yaşıl ağac tək bitən,Kök salan zalım, pis adamı görmüşdüm. |
| 36 |
| O keçib-getdi, yeri boş qaldı,Onu axtararkən tapa bilmədim. |
| 37 |
| Kamil adama bax, əməlisaleh insana nəzər yetir,Gələcək sülhsevən adama bəxş ediləcək. |
| 38 |
| Amma bütün üsyankarlar birlikdə yox olacaq,Pislərin kökü kəsiləcək. |
| 39 |
| Salehlərin qurtuluşu Rəbdəndir,Dar gündə onlara pənah yeridir. |
| 40 |
| Rəbb onların imdadına çatır,Onları qurtarıb pislərin əlindən alır,Çünki onlar Rəbbə pənah aparır. |
|
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/psalms/037.mp3
150
37