|
| 1 |
|
| Qəlbim yaxşı sözlərlə çağlayır,Qoy şeirlərimi padşahıma söyləyim,Dilim mahir bir xəttatın qələminə oxşayır. |
|
| 2 |
|
| Bəşər övladlarının ən gözəli sənsən,Dodaqlarından lətafətli sözlər tökülür,Çünki Allah səni əbədilik xeyir-dualı edib. |
|
| 3 |
|
| Ey cəngavər, qılıncını belinə bağla,Əzəmətini, ehtişamını göstər. |
|
| 4 |
|
| Həqiqət, itaətkarlıq və salehlik naminəDöyüş arabasına qalx,Əzəmətinlə uğur qazan.Qoy sağ əlindən möhtəşəm işlər gəlsin. |
|
| 5 |
|
| Nə itidir oxların,Padşahın düşmənlərinin köksünə saplanır.Xalqlar ayağının altına yıxılır. |
|
| 6 |
|
| Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır,Sənin şahlıq əsan insaf əsasıdır. |
|
| 7 |
|
| Salehliyi sevib pisliyə nifrət edirsən.Ona görə Allah, sənin AllahınSevinc yağı iləYoldaşlarından çox səni məsh edib. |
|
| 8 |
|
| Bütün paltarlarındanMirra, əzvay və Çin darçınının ətri gəlir.Fil dişindən olan saraylarındanSəni şənləndirən simli alətlərin sədası gəlir. |
|
| 9 |
|
| Şərəfə çatdırdığın qadınlar arasındaŞahzadə xanımlar da var.Mələkə olacaq qız sağ qoluna girib,Ofir qızıllarına bürünüb. |
|
| 10 |
|
| Dinlə, ey qız, diqqət elə, sözümə qulaq as,Öz xalqını, ata evini unut. |
|
| 11 |
|
| Sənin gözəlliyin padşahı məftun etsin.O sənin ağandır, ona itaət et. |
|
| 12 |
|
| Sur xalqı yanına hədiyyələr gətirəcək,Xalqın varlıları səndən lütf istəyəcək. |
|
| 13 |
|
| Bu şah qızı sarayına cah-calalla gətirilir,Paltarları qızıl tikmələrə bürünmüş. |
|
| 14 |
|
| Padşahın yanına əlvan libasda gətirilir,Rəfiqələri sağdışı-soldışıdır. |
|
| 15 |
|
| Onlar sevinclə, şadlıqla gətirilir,Padşahın sarayına girirlər. |
|
| 16 |
|
| Ey padşah, ata-baban kimi oğulların olacaq,Onlara bütün yer üzünün hakimiyyətini verəcəksən. |
|
| 17 |
|
| Adını nəsillərdən-nəsillərə çatdıracağam,Xalqlar da sonsuza qədər sənə həmd oxuyacaq! |
|
|
|
|