Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Allahımızın şəhərində,Öz müqəddəs dağındaRəbb çox əzəmətlidir,Bol həmdlərə layiqdir. |
| 2 |
| Şimala tərəf böyük Padşahın şəhəri –Sion dağı ucalığı ilə gözəldir,Dünyanın sevincidir. |
| 3 |
| Onun qalalarında Allah ÖzünüAlınmaz qala kimi göstərmişdir. |
| 4 |
| Padşahlar bir yerə yığıldılar,Siona yürüş etdilər. |
| 5 |
| Onu görəndə mat qaldılar,Qorxub tez qaçdılar. |
| 6 |
| Hamilə qadının ağrısı kimiCanlarına lərzə düşdü. |
| 7 |
| Sən şərq küləyi iləTarşiş gəmilərini parçaladın. |
| 8 |
| Ordular Rəbbinin şəhərində –Allahımızın şəhərindəNə eşitmişiksə, onu gördük,Allah oranı əbədi saxlayacaq. |
| 9 |
| Ey Allah, məbədindəMəhəbbətin barədə dərindən düşünürük. |
| 10 |
| Ey Allah, yerin ucqarlarına qədərAdın həmdə layiqdir.Sağ əlin ədalətinlə doludur. |
| 11 |
| Qoy Sion dağı sevinsin.Sənin hökmlərinə görəQoy Yəhuda qızları şad olsun. |
| 12 |
| Sionun ətrafında gəzib-dolaşın,Onun qüllələrini sayın. |
| 13 |
| Divarlarına fikir verin,Qalalarına diqqətlə baxın.Gələcək nəslə belə deyin: |
| 14 |
| «Əbədi, sonsuzadəkBu Allah bizim Allahımızdır.Ömrümüzün sonunadəkO bizə yol göstərəcək!» |
|
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/psalms/048.mp3
150
48