Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Ya Rəbb, sözlərimə qulaq as,Ah-naləmə nəzər sal. |
| 2 |
| Ey Padşahım, ey Allahım, fəryad səsimə qulaq as,Çünki Sənə dua edirəm. |
| 3 |
| Ya Rəbb, səhər erkən səsimi eşidirsən,Səhər erkən Sənə dua edib cavab gözləyirəm. |
| 4 |
| Çünki Sən pislikdən xoşlanan Allah deyilsən,Şər Sənin yanına gəlməz. |
| 5 |
| Təkəbbürlülər hüzurunda dayana bilməz,Bütün şər iş görənlərə nifrət edirsən. |
| 6 |
| Yalan söyləyənləri məhv edirsən,Ya Rəbb, qaniçənlərdən, hiyləgərlərdən ikrah edirsən. |
| 7 |
| Fəqət mən bol məhəbbətin naminə evinə gələcəyəm,Üz tutub müqəddəs məbədinə qorxu ilə səcdə edəcəyəm. |
| 8 |
| Ya Rəbb, ədalətinlə məni düz yola yönəlt,Düşmənlərimin üzündən Öz yolunu qarşımda düzəlt. |
| 9 |
| Onların dillərində düz söz yoxdur,Ürəkləri pis niyyətlə doludur.Boğazları açıq qəbirdir,Dilləri yalan danışır. |
| 10 |
| Ey Allah, onları təqsirkar çıxar,Qoy niyyətlərinə görə bu şər insanlar yıxılsın.Onları saysız günahlarına görə qov,Çünki Sənin əleyhinə qalxıblar. |
| 11 |
| Sənə pənah gətirənlərsə qoy sevinsin,Qoy Səni daima mədh etsinlər,Çünki onları Sən qoruyursan.Sənin adını sevənlər sevincdən cuşa gəlsin! |
| 12 |
| Ya Rəbb, salehə xeyir-dua verirsən,Lütfünlə sipər kimi onları hifz edirsən. |
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/psalms/005.mp3
150
5