|
| 1 |
|
| Güclü Rəbb Allah çağırır,Gündoğandan günbatanadəkBütün yer üzünü səsləyir. |
|
| 2 |
|
| Qüsursuz, gözəl SiondanAllah Öz nurunu saçır. |
|
| 3 |
|
| Allahımız gəlir, sakit dayanmaz,Önündə yandırıb-yaxan alov var,Ətrafında şiddətli tufan qopar. |
|
| 4 |
|
| O, xalqını mühakimə etmək üçünYuxarıdakı göyü və yeri şahid çağırır: |
|
| 5 |
|
| «Hüzuruma möminlərimi,Qurban verib Mənimlə əhd bağlayanları yığın!» |
|
| 6 |
|
| Göylər ədalətini bəyan edir,Çünki hakim Allahın Özüdür. |
|
| 7 |
|
| «Danışıram, dinlə Məni, ey xalqım!Ey İsrail, əleyhinə şəhadət edirəm.Allaham, sənin Allahın Mənəm. |
|
| 8 |
|
| Qurbanlarından ötrü səni tənbeh etmirəm,Yandırma qurbanlarını həmişə görürəm. |
|
| 9 |
|
| Tövləndəki buğanı, ağılındakı təkəniSəndən qəbul etmirəm. |
|
| 10 |
|
| Çünki Mənimdir bütün meşələrdə olan heyvanlar,Minlərlə dağda otlayan mal-qaralar. |
|
| 11 |
|
| Dağlardakı bütün quşları tanıyıram,Bütün çöl heyvanları əlimin altındadır. |
|
| 12 |
|
| Acsam, sənə demərəm,Çünki dünyaya, dünyadakı hər şeyə sahibəm! |
|
| 13 |
|
| Məgər Mən buğa əti yeyirəm?Məgər Mən təkə qanı içirəm? |
|
| 14 |
|
| Şükür qurbanını Allaha təqdim et,Haqq-Taalaya əhd etdiyin təqdimlərini ver. |
|
| 15 |
|
| Dar gündə Məni çağır,Mən səni xilas edəcəyəm,Sən də Məni şərəfləndirəcəksən». |
|
| 16 |
|
| Pislərəsə Allah deyir:«Qaydalarımı əzbər söyləməyə haqqınız varmı?Əhdimi dilə gətirməyə haqqınız varmı? |
|
| 17 |
|
| Mənim iradıma nifrət edirsən,Sözlərimi qulaq ardına vurursan. |
|
| 18 |
|
| Bir oğru görəndə ona qoşulursan,Zinakarlara yoldaş olursan. |
|
| 19 |
|
| Ağzını şər üçün açırsan,Dilini fırıldaq üçün işə salırsan. |
|
| 20 |
|
| Oturub qardaşından gileylənirsən,Ananın oğlundan qeybət edirsən. |
|
| 21 |
|
| Sən belə edəndə Mən dinməmişəm.Məgər Məni özün kimi sanırsan?İndi isə səni tənbeh edəcəyəm,Əməllərini gözünün önünə düzəcəyəm. |
|
| 22 |
|
| Ey Allahı unudanlar,Buna diqqət edin!Yoxsa sizi parça-parça edərəm,Heç birinizi xilas edən olmaz. |
|
| 23 |
|
| Kim ki şükür qurbanı təqdim edir,Məni şərəfləndirir.Doğru yol tutan şəxsəAllahın xilasını göstərəcəyəm». |
|
|
|
|