Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Rəhm et mənə, ey Allah,İnsanlar sel kimi üstümə cumur,Gün boyu döyüşərək məni sıxışdırırlar. |
| 2 |
| Gün boyu düşmənlərim sel kimi üstümə cumur,Əleyhimə qalxan məğrur döyüşçülər çoxdur. |
| 3 |
| Bu dəhşətli gündəMən yalnız Sənə güvənirəm. |
| 4 |
| Vədinə görə Allaha həmd edirəm,Mən Allaha güvənirəm, qorxmuram;Fani insan mənə nə edə bilər? |
| 5 |
| Hər işimə onlar ziyan vururlar,Həmişə mənə qəsd-qərəz qururlar. |
| 6 |
| Xəlvət bir yerə yığılıb hər addımımı izləyirlər,Pusqu qurub canımı almaq üçün gözləyirlər. |
| 7 |
| Günahlarına görə onları cəzalandır,Ey Allah, qəzəblə bu xalqları yerlə yeksan et. |
| 8 |
| Dərdlərimi saydın,Göz yaşlarımı tuluğuna yığ.Bunlar Sənin kitabında yazılmayıbmı? |
| 9 |
| Mən Səni çağıranda düşmənlərim geri dönür,Bunu bilirəm, Allah mənim tərəfimdədir. |
| 10 |
| Vədinə görə həmd etdiyim Allaha,Vədinə görə həmd etdiyim Rəbbə, |
| 11 |
| Allaha güvənirəm və qorxmuram;Fani insan mənə nə edə bilər? |
| 12 |
| Ey Allah, Sənə olan əhdlərimə əməl etməliyəm,Sənə şükür qurbanı təqdim edəcəyəm. |
| 13 |
| Çünki canımı ölümdən qurtardın,Ayaqlarımı büdrəməyə qoymadın,Belə ki Allahın hüzurunda,Həyatın nurunda dolanım. |
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/psalms/056.mp3
150
56