|
| 1 |
|
| Doğrudan da, İsrail üçün,Ürəyitəmiz olanlar üçünAllah xeyirxahdır. |
|
| 2 |
|
| Amma mənim ayaqlarım az qala büdrəmişdi,Addımlarım məni yıxmışdı. |
|
| 3 |
|
| Pislərin firavanlığını görərkənBu məğrurlara həsəd aparırdım. |
|
| 4 |
|
| Ölənədək onların ağrıları yoxdur,Vücudları ətə-cana gəlib. |
|
| 5 |
|
| Onlar başqaları kimi dərdə düşməzlər,Əzab çəkməzlər. |
|
| 6 |
|
| Çünki təkəbbür onlar üçün boyunbağı kimidir,Zorakılıq libas kimi əyinlərini örtür. |
|
| 7 |
|
| Köklükdən gözləri dombalıb çıxır,Qəlblərinin pis məqsədləri aşıb-daşır. |
|
| 8 |
|
| Pis niyyətli sözləri ilə insanlara istehza edirlər,Onlara yuxarıdan baxıb hədə-qorxu gəlirlər. |
|
| 9 |
|
| Ağızlarını göylərin əleyhinə açırlar,Dillərinin sözləri dünyanı gəzib-dolaşır. |
|
| 10 |
|
| Ona görə bütün xalq onların tərəfinə keçir,Sözlərini axıradək su kimi içir. |
|
| 11 |
|
| Deyirlər ki, Allah necə xəbər tutacaq?Haqq-Taala bundan necə xəbərdar olacaq? |
|
| 12 |
|
| Belədir pis adamlar,Daim arxayındırlar, var-dövlət artırırlar. |
|
| 13 |
|
| Məgər mən boş yerə qəlbimi təmizləmişdim,Günahsızlıq içində əllərimi yumuşdum? |
|
| 14 |
|
| Həmişə əziyyətə düşürəm,Hər səhər töhmətə rast gəlirəm. |
|
| 15 |
|
| Əgər «qoy mən də belə danışım» deyə düşünsəydim,Sənin övladlarına xəyanət edərdim. |
|
| 16 |
|
| Bunu anlamaq üçün düşünəndəÇətin bir iş kimi gözümə durdu. |
|
| 17 |
|
| Yalnız Allahın Müqəddəs məkanına girərkənOnların aqibətini dərk etdim. |
|
| 18 |
|
| Doğrudan da, onları sürüşkən yerə qoymusan,Onları məhvə yuvarlayırsan. |
|
| 19 |
|
| Onlar bir anda yox olacaqlar,Dəhşət içində itib-batacaqlar. |
|
| 20 |
|
| Yuxudan ayılanda röyalar unudular,Ey Xudavənd, Sənin oyanışınla bu adamlar boş sayılacaq. |
|
| 21 |
|
| O vaxt könlüm zəhərlənmişdi,Qəlbim dəlik-deşik olmuşdu. |
|
| 22 |
|
| Necə axmaq idim, dərrakəm yox idi,Qarşında sanki bir heyvan idim. |
|
| 23 |
|
| Amma daim Səninlə olmuşam,Mənim sağ əlimdən tutmusan. |
|
| 24 |
|
| Nəsihətinlə mənə yol göstərirsən,Sonra məni şərəfə çatdıracaqsan. |
|
| 25 |
|
| Göylərdə Səndən başqa kimim var?Yer üzündə də Səndən başqa heç nə istəmirəm. |
|
| 26 |
|
| Cismim və ürəyim taqətdən düşsə belə,Daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən. |
|
| 27 |
|
| Budur, Səndən uzaq düşənlər məhv olurlar,Sənə xəyanət edənləri yox edirsən. |
|
| 28 |
|
| Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır,Xudavənd Rəbbə pənah gətirmişəm,Ona görə bütün işlərini hamıya çatdıracağam! |
|
|
|
|