Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Ey Xudavəndimiz Rəbb,İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!Ehtişamın göylərə qalxır! |
| 2 |
| Düşməni və qisasçını susdurmaq üçünKörpələrin və çağaların səsi iləYağılarına qarşı qala qurdun. |
| 3 |
| Əllərinin işi olan göyləri,Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm: |
| 4 |
| «İnsan kimdir ki, onun haqqında düşünürsən?Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?» |
| 5 |
| Onu Allahdan bir az aşağı yaratdın,İzzət və əzəmət tacını onun başına qoydun, |
| 6 |
| Əllərinin işləri üzərində onu hökmdar etdin.Hər şeyi onun ayağının altına qoydun: |
| 7 |
| Bütün sürü və naxırları,Çöldə yaşayan heyvanları, |
| 8 |
| Göydəki quşları, dənizdəki balıqları,Dəryalarda üzənlərin hamısını. |
| 9 |
| Ey Xudavəndimiz Rəbb,İsmin bütün yer üzündə nə qədər əzəmətlidir! |
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/psalms/008.mp3
150
8