Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Ya Rəbb, ölkədən razı qaldın,Yaqub nəslini bəxtəvər günlərə qaytardın. |
| 2 |
| Xalqının təqsirlərini bağışladın,Bütün günahlarını əfv etdin. |
| 3 |
| Sən bütün hirsini uddun,Qızğın qəzəbini yatırdın. |
| 4 |
| Ey bizi qurtaran Allah,Bizə bəxtəvər günlərimizi qaytar.Bizə qarşı hiddətindən əl çək. |
| 5 |
| Əbədilikmi bizə acığın tutacaq?Qəzəbin nəsildən-nəslə qədərmi uzanacaq? |
| 6 |
| Xalqın Səndən sevinc alsın deyəBizi yenə dirçəltməyəcəksənmi? |
| 7 |
| Ya Rəbb, bizə məhəbbətini göstər,Bizi xilas et. |
| 8 |
| Rəbb Allah nə söyləsə, dinləyirəm.Sözləri xalqına, möminlərinə sülh bəyan edər ki,Onlar öz cəhalətlərinə dönməsinlər. |
| 9 |
| Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün,Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır! |
| 10 |
| Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq,Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək. |
| 11 |
| Həqiqət yerdə bitib-göyərəcək,Ədalət göylərdən baxacaq. |
| 12 |
| Bəli, Rəbb ən yaxşı şeyləri göndərəcək,Torpağımız bol məhsul verəcək. |
| 13 |
| Ədalət Rəbbin önündə addımlayar,Qədəmləri üçün cığır salar. |
|
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/psalms/085.mp3
150
85