|
| 1 |
|
| Ya Rəbb, daim məhəbbətindən nəğmə oxuyacağam,Sənin sədaqətini dilim hər nəslə deyəcək. |
|
| 2 |
|
| Deyirəm ki, məhəbbətin əbədiyaşardır,Sədaqətin göylər qədər sarsılmazdır. |
|
| 3 |
|
| Dedin: «Öz seçdiyimlə əhd kəsmişəm,Qulum Davud üçün belə and içmişəm: |
|
| 4 |
|
| “Mən nəslini əbədi sarsılmaz edəcəyəm,Sülaləni taxtında sonsuzadək yaşadacağam”». |
|
| 5 |
|
| Ya Rəbb, göylər Sənin xariqələrinə şükür etsin,Müqəddəslər camaatı arasında sədaqətinə həmd edilsin. |
|
| 6 |
|
| Göydə Rəbbin tayı-bərabəri varmı?İlahi varlıqlar arasında Rəbbin bənzəri varmı? |
|
| 7 |
|
| Müqəddəslər məclisində Allah çox zəhmlidir,Ətrafında olanların hamısından O heybətlidir. |
|
| 8 |
|
| Ya Rəbb, Ordular Allahı, Sənin tək qüdrətli varmı?Səni sədaqətin bürüyüb. |
|
| 9 |
|
| Sən qabaran dənizə hökm edirsən,Aşıb-daşan dalğaları yatırırsan. |
|
| 10 |
|
| Sən Rahavı əzib leşini çıxartdın,Qüvvətli qolunla düşmənləri dağıtdın. |
|
| 11 |
|
| Göylər Sənin, yer üzü Sənin,Qurduğun yer üzündə hər şeyin təməlini qoymusan. |
|
| 12 |
|
| Sən şimalı, cənubu yaratmısan,Tavor və Xermon adına mədh oxuyur. |
|
| 13 |
|
| Qolun nə qədər qüvvətlidir,Sağ əlin ucadır, əllərin qüdrətlidir! |
|
| 14 |
|
| Salehlik və ədalət taxtının təməlidir,Məhəbbət və sədaqət önündə gedir! |
|
| 15 |
|
| Bayram şənliyində olan xalq nə bəxtiyardır!Ya Rəbb, onlar Sənin üzünün nurunda gəzər. |
|
| 16 |
|
| İsminə görə daim sevinirlər,Salehliyinə görə şərəfə çatırlar. |
|
| 17 |
|
| Onların ehtişamı, qüvvəti Sənsən.Sənin lütfündən gücümüz artır. |
|
| 18 |
|
| Çünki sipərimiz Rəbdəndir,Padşahımız İsrailin Müqəddəsidir. |
|
| 19 |
|
| Keçmişdə bir görüntü iləMöminlərinə belə söylədin:«Bir cəngavərə kömək etdim,Xalqın içindən onu seçib yüksəltdim. |
|
| 20 |
|
| Qulum Davudu tapdım,Müqəddəs yağımla onu məsh etdim. |
|
| 21 |
|
| Əlim daim onu möhkəmləndirəcək,Qolum ona qüvvət verəcək! |
|
| 22 |
|
| Düşmən ona qalib gələ bilməz,Fitnəkarlar ona zülm edə bilməz. |
|
| 23 |
|
| Qarşısındakı düşmənləri qıracağam,Ona nifrət edənləri vuracağam. |
|
| 24 |
|
| Yanında sədaqətim, məhəbbətim olacaq,Gücü ismimlə artacaq. |
|
| 25 |
|
| Dənizlərə əlini,Çaylara sağ əlini çatdıracağam. |
|
| 26 |
|
| Məni çağırıb deyəcək: “Atamsan, Allahımsan,Məni xilas edən Qaya Sənsən!” |
|
| 27 |
|
| Mən də ilk oğul haqqını ona verəcəyəm,Onu yer üzünün ən uca padşahı edəcəyəm. |
|
| 28 |
|
| Ona daim məhəbbətimi göstərəcəyəm,Sadiq qalıb əhdimi pozmayacağam. |
|
| 29 |
|
| Onun nəslini əbədi yaşadacağam,Göylər durduqca taxtını saxlayacağam. |
|
| 30 |
|
| Övladları qanunumu atsalar,Hökmlərimə görə yaşamasalar, |
|
| 31 |
|
| Qaydalarımı pozsalar,Əmrlərimə əməl etməsələr, |
|
| 32 |
|
| Bu qanunsuzluqlarını kötəklə cəzalandıracağam,Təqsirlərini qamçı ilə tənbeh edəcəyəm. |
|
| 33 |
|
| Amma yenə də məhəbbətimi atmaram,Sədaqətimi yalan olmağa qoymaram. |
|
| 34 |
|
| Öz əhdimi pozmaram,Dilimdən çıxan sözləri dəyişmərəm. |
|
| 35 |
|
| Müqəddəsliyim naminə bir dəfə and içmişəm:Davuda yalandan söz verməyəcəyəm. |
|
| 36 |
|
| Sülaləsi taxtda əbədi qalacaq,Taxtı hüzurumda günəş kimi duracaq. |
|
| 37 |
|
| Ay kimi –Göydəki etibarlı şahid kimi sabit qalacaq». |
|
| 38 |
|
| Amma, ya Rəbb, məsh etdiyin padşaha qəzəblənmisən,Sən onu rədd etmisən, ona arxa çevirmisən. |
|
| 39 |
|
| Qulunla bağladığın əhddən imtina etmisən,Tacını toz-torpağa atıb bulaşdırmısan. |
|
| 40 |
|
| Bütün divarlarını yıxmısan,Qalalarını viran etmisən. |
|
| 41 |
|
| Yoldan keçənlər oranı soyub-talayırlar,Qonşuları ona tənə vururlar. |
|
| 42 |
|
| Onun düşmənlərinin sağ əlini yuxarı qaldırmısan,Bütün yağılarını sevindirmisən. |
|
| 43 |
|
| Qılıncının ağzını kütləşdirmisən,Onu döyüşdə qaldırmamısan. |
|
| 44 |
|
| Onu şərəfdən salmısan,Taxtını yerlə yeksan etmisən. |
|
| 45 |
|
| Nə tez onu gəncliyindən saldın,Onu xəcalətə bürüdün. |
|
| 46 |
|
| Ya Rəbb, nə vaxta qədər,Yoxsa əbədilikmi bizdən gizlənəcəksən,Od tutub qəzəbdən yanacaqsan? |
|
| 47 |
|
| Ömrümün nə tez keçdiyini xatırla,Bütün bəşər övladlarını nə fani yaratmısan! |
|
| 48 |
|
| İnsanlar arasında ölüm görməyən kimdir?Kim canını ölülər diyarının pəncəsindən qurtarar? |
|
| 49 |
|
| Ey Xudavənd, əvvəlki məhəbbətin harada qaldı?Çünki bu barədə Davuda sədaqətlə and içdin. |
|
| 50 |
|
| Ey Xudavənd, unutma, gör bu bəndən necədir,Köksümdə nə qədər xalqın tənəsini gəzdirirəm. |
|
| 51 |
|
| Ya Rəbb, düşmənlərinin etdiyi təhqirləri,Məsh etdiyinin yoluna vurduqları tənələri daşıyıram. |
|
| 52 |
|
| Rəbbə əbədilik alqış olsun!Amin, Amin. |
|
|
|
|