Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Haqq-Taalanın pənahında yaşayan,Külli-İxtiyarın kölgəsində oturan insan |
| 2 |
| Rəbb haqqında belə söyləyir:«O mənim sığınacağımdır, qalamdır,Allahımdır, Ona güvənirəm». |
| 3 |
| Bil ki, O səni ovçunun tələsindən,Ağır xəstəliyə düşüb ölməkdən qurtarar. |
| 4 |
| Səni qanadlarının altına alar,Pərlərinin altında sığınacaqsan.Sədaqəti qalxanın, sipərin olar. |
| 5 |
| Nə gecənin kabusundan,Nə də gündüz atılan oxdan, |
| 6 |
| Nə zülmətdə dolanan ağır xəstəlikdən,Nə də günorta məhvedici qırğından qorxmazsan. |
| 7 |
| Yanında min nəfər,Sağında on min nəfər qırılsa,Sənə xətər dəyməz. |
| 8 |
| Gözlərinlə baxacaqsan,Pislərin cəzasını görəcəksən. |
| 9 |
| «Ya Rəbb, sığınacağımsan!» dediyin üçün,Haqq-Taalaya sığındığın üçün |
| 10 |
| Şərə düçar olmazsan,Bəla çadırından uzaq qaçar. |
| 11 |
| Allah sənə görə mələklərinə əmr edər ki,Gedəcəyin hər yerdə səni qorusunlar, |
| 12 |
| Səni əlləri üstündə aparsınlar,Ayağın bir daşa dəyməsin. |
| 13 |
| Şiri, gürzəni ayaqlayarsan,Gənc aslanı, əfi ilanı tapdalayarsan. |
| 14 |
| «Mən Rəbbi sevdiyinə görə onu azad edəcəyəm,İsmimi tanıdığına görə onu yüksəldəcəyəm. |
| 15 |
| Məni çağırarkən ona cavab verəcəyəm,Dar günündə ona yar olacağam,Onu xilas edib şərəfə-şana çatdıracağam. |
| 16 |
| Onu uzun ömürlə doyduracağam,Ona qurtuluşumu göstərəcəyəm». |
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/psalms/091.mp3
150
91