Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Gəlin Rəbbi mədh edək,Bizi qurtaran Qayaya sevincdən cuşa gələrək nida edək, |
| 2 |
| Şükür edərək hüzuruna gedək,Cuşa gəlib ilahilərlə Ona nida edək! |
| 3 |
| Axı Rəbb böyük Allahdır,Bütün allahlar üzərində əzəmətli Padşahdır. |
| 4 |
| Yerin dərin qatları Onun əlindədir,Həm də dağların zirvələri Onundur, |
| 5 |
| Onunkudur dəniz, Özü yaratmış,Torpağı əlləri qurmuş! |
| 6 |
| Gəlin Ona səcdə edək, əyilək,Bizi yaradan Rəbbin hüzurunda diz çökək. |
| 7 |
| Çünki O, Allahımızdır,Biz Onun otlağının xalqıyıq,Əlinin altındakı sürüsüyük.Əgər bu gün Onun səsini eşitsəniz, |
| 8 |
| «Qoy ürəklərinizMerivada olduğunuz kimi,Səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın. |
| 9 |
| Orada atalarınız Məni sınadılar,Əməllərimi görsələr də, Məni yoxladılar. |
| 10 |
| Qırx il o nəsildən zəhləm getdi.Dedim: “Onlar azğın ürəkli xalqdır,Yollarımı tanımır”. |
| 11 |
| Buna görə qəzəblənib and içmişəm:“Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”». |
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/psalms/095.mp3
150
95