Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Rəbbə yeni bir ilahi oxuyun,Ey bütün dünya, Rəbbə ilahi oxuyun, |
| 2 |
| İsminə alqış edin, Rəbbə ilahi oxuyun,Xilaskar olduğunu hər gün müjdələyin. |
| 3 |
| Ehtişamını millətlərə elan edin,Xariqələrini bütün xalqlara bəyan edin! |
| 4 |
| Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir,O bütün allahlardan daha zəhmlidir. |
| 5 |
| Bütün özgə xalqların allahları bütlərdir,Lakin göyləri yaradan Rəbdir. |
| 6 |
| Ehtişam və əzəmət hüzurundadır,Müqəddəs məkanında gözəlliklə qüdrət var. |
| 7 |
| Ey xalqların tayfaları, Rəbbə verin –İzzəti, qüdrəti Rəbbə verin, |
| 8 |
| Adına layiq izzəti Rəbbə verin,Həyətinə girib təqdimlər verin. |
| 9 |
| Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin,Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin! |
| 10 |
| Millətlərə belə elan edin:«Rəbb hökmranlıq edir,O, dünyanı sarsılmaz və möhkəm qurub,O, insafla xalqların hökmünü verəcək». |
| 11 |
| Göylər sevinsin, yer üzü şad olsun,Dənizin və dənizdəki canlıların səsi ucalsın, |
| 12 |
| Çöllər və çöldə yaşayanlar fərəhlənsin,Meşədəki bütün ağaclar mədh söyləsin |
| 13 |
| Rəbbin hüzurunda!O gəlir, dünyanın hökmünü vermək üçün gəlir,Yer üzünün hökmünü ədalətlə,Xalqların hökmünü həqiqətlə verəcək! |
|
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/psalms/096.mp3
150
96