Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Rəbb hökmranlıq edir, qoy yer üzü şadlıq etsin,Qoy bütün adalar sevinsin. |
| 2 |
| Buludlar və zülmət Onun ətrafındadır,Salehliklə ədalət taxtının təməlidir. |
| 3 |
| Onun önündən alov çıxar,Ətrafındakı düşmənləri yandırıb-yaxar. |
| 4 |
| Şimşəkləri dünyaya işıq saçar,Yer üzü bunu görəndə sarsılar. |
| 5 |
| Dağlar Rəbbin hüzurunda –Bütün yer üzünün Sahibinin hüzurunda mum tək əriyər. |
| 6 |
| Göylər salehliyini bəyan edər,Əzəmətini bütün xalqlar görər. |
| 7 |
| Bütün bütpərəstlər,Xeyirsiz bütlərlə öyünənlər rüsvay olacaq!Ey bütün allahlar, Rəbbə səcdə edin! |
| 8 |
| Ya Rəbb, Sənin hökmləriniSion eşidib sevinir,Yəhuda qızları cuşa gəlir. |
| 9 |
| Çünki bütün yer üzərində,Ya Rəbb, Haqq-Taala Sənsən!Bütün allahların üzərindəSən nə qədər yüksəksən! |
| 10 |
| Ey Rəbbi sevənlər, şərə nifrət edin!O, möminlərinin canını qoruyar,Onları pislərin əlindən qurtarar. |
| 11 |
| Salehlərin üstünə nur tökülər,Ürəyidüz olanların üstünə sevinc səpilər. |
| 12 |
| Ey salehlər, Rəbbə görə sevinin,Onun müqəddəs adına şükür edin! |
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/psalms/097.mp3
150
97