Ay həmdəmim, ay gəlin! Öz bağçama girmişəm,Ətriyyatlarımla mirramı yığmışam.Şanı balını – öz balımı yemişəm,Şərabımı və südümü içmişəm.Ay dostlar, yeyin,Ay sevgililər, için, doyunca için!
Yatsam da, qəlbim oyaq idi.Qapını döyən sevgilimin səsi gəldi:«Qapını aç, ay həmdəmim, ay yarım!Ay göyərçinim, ay eyibsizim!İslandı başım şehdən,Saçım gecənin nəmindən».
Mən sevgilimə qapı açandaSevgilim çıxıb getmişdi.O məni çağıranda huşumu itirmişdim.Mən onu axtardım, tapa bilmədim,Mən onu çağırdım, lakin cavab gəlmədi.