Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Ey əsilzadə qızı, başmaqlı ayaqların gözəldir,Budlarını sanki heykəltəraş yonub, cəvahirə bənzəyir. |
| 2 |
| Göbəyin cürbəcür şərabların tükənmədiyiDəyirmi piyaləyə bənzəyir.Belin zanbaqlara bürünənBir dəstə sünbülə bənzəyir, |
| 3 |
| Döşlərin cüt ceyran balası kimi,Əkiz maral balası kimi qoşadır. |
| 4 |
| Boynun fil dişi qülləsi kimi gözəldir.Gözlərin Bat-Rabbim darvazası yanındakıXeşbon hovuzuna bənzəyir.Burnun Dəməşqə baxan Livan qülləsi kimi gözəldir. |
| 5 |
| Başın Karmel dağı kimi dik durur,Başındakı tellər tünd qırmızı rəngə çalır,Padşah zülfünün əsiri olur. |
| 6 |
| Nə qəşəngsən, nə şirinsən,Ey məlahətli sevgilim. |
| 7 |
| Qamətin xurma ağacına,Döşlərin salxımlara bənzəyir. |
| 8 |
| Dedim: «Qoy xurma ağacına çıxım,Meyvəli budaqlarından yapışım».Döşlərindən üzüm salxımları kimi dadım,Nəfəsindən alma ətrini duyum. |
| 9 |
| Dodaqların gözəl şərab dadı verir.Bu şərab birbaşa sevgilim üçün tökülsün,Biz yatanların dodaqlarına süzülsün. |
| 10 |
| Mən sevgiliminkiyəm,Onun meyl etdiyi mənəm. |
| 11 |
| Sevgilim, gəl çölə gedək,Kəndlərdə gecələyək. |
| 12 |
| Səhər tezdən üzüm bağlarına gedək,Üzüm tumurcuqlanıbmı, pöhrə veribmi?Narlar çiçəklənibmi? Bunu seyr edək.Qoy orada sevgimi sənə verim. |
| 13 |
| Ey sevgilim, məhəbbət otları ətir saçır,Qapımızın yanında köhnə, təzə – cürbəcür meyvələr var,Sənin üçün saxlanılıb. |
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/songofsolomon/007.mp3
8
7