Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Amots oğlu Yeşayaya Babil haqqında görüntü ilə nazil olan xəbərdarlıq: |
| 2 |
| Çılpaq dağın zirvəsinə bayraq sancın!Döyüşçüləri bərkdən səsləyin,Əl edin ki, onlarƏsilzadələr üçün ayrılan qapılardan içəri girsin. |
| 3 |
| Mən seçdiklərimə əmr verdim,Qəzəbimi düşmənlərə tökmək üçünCəsur cəngavərləri,Ucalığımla öyünən igidləri səslədim. |
| 4 |
| Dağlardakı izdihamın gurultusunu eşidin,Bu, böyük bir xalqın səsinə bənzər.Bir yerə toplanan millətlərin,Padşahlıqların nidasını dinləyin!Ordular Rəbbi bir ordunu döyüşə çağırır! |
| 5 |
| Onlar uzaq ölkədən,Üfüqlərin o biri tərəfindən gəlir.Ölkəni tamamilə yerlə yeksan etmək üçünRəbb və Onun qəzəbinin silahı gəlir. |
| 6 |
| Fəryad edin, çünki Rəbbin günü yaxınlaşır.O gün Külli-İxtiyarın etdiyi qırğın kimi gəlir! |
| 7 |
| Buna görə hamının əlləri yanına düşəcək,Hər kəs qorxub ürəyini yeyəcək. |
| 8 |
| Hər bir adamı dəhşət bürüyəcək,Dərd və iztirab içində boğulacaq,Doğan qadın kimi ağrı çəkəcək,Çaşqın-çaşqın bir-birinə baxacaq,Üzləri qızaracaq. |
| 9 |
| Budur Rəbbin günü gəlir,Amansızlıqla, qeyzlə, qızğın qəzəblə gəlir ki,Yeri səhraya döndərsin,Oradakı günahkarları məhv etsin. |
| 10 |
| Göydəki ulduzlar və bürclər işıq verməyəcək,Günəş doğarkən tutulacaq,Ay nurunu saçmayacaq. |
| 11 |
| Rəbb deyir: «Pisliyə görə dünyanı,Günahlarına görə pis adamları cəzalandıracağam.Təkəbbürlülərin qürurunu qıracağam,Zalımların məğrurluğunu alçaldacağam. |
| 12 |
| İnsan saf qızıldan da az olacaq,Adam Ofir qızılından da nadir halda tapılacaq. |
| 13 |
| Buna görə də Mən Ordular Rəbbi,Qızğın qəzəb günündəQeyzlə göyləri titrədəcəyəm,Yer üzü lərzəyə gələcək. |
| 14 |
| Hər kəs qovulan ceyrana, çobansız qoyunlara dönübÖz xalqının yanına qayıdacaq,Öz vətəninə qaçacaq. |
| 15 |
| Bütün tutulanların bədəni dəlik-deşik olacaq,Ələ keçənlərin hamısı qılıncdan keçiriləcək. |
| 16 |
| Onların gözləri önündə körpələri parça-parça ediləcək,Evləri talan ediləcək,Arvadlarının namusuna toxunulacaq. |
| 17 |
| Gümüşə qiymət verməyən,Qızılı sevməyən MidiyalılarıOnlara qarşı qaldıracağam. |
| 18 |
| Ox-kamanları gəncləri parça-parça edəcək,Körpələrə rəhm etməyəcəklər,Uşaqları əsirgəməyəcəklər. |
| 19 |
| Mən Allah Sodomla Homorranı necə dağıtdımsa,Padşahlıqların ən gözəli olan,Xaldeylilərin calalı və qüruru olanBabili də elə yıxacağam. |
| 20 |
| Orada bir daha heç kim yaşamayacaq,Nəsildən-nəslə kimsə məskunlaşmayacaq.Ərəblər çadırlarını qurmayacaq,Çobanlar sürülərini orada saxlamayacaq. |
| 21 |
| Ora vəhşi heyvanların yaşadığı yer olacaq,Bayquşlar evlərdə qaynaşacaq,Orada dəvəquşular məskən salacaq,Təkələr oynaşacaq. |
| 22 |
| Saraylarında goreşənlər çığıracaq,Gözəl imarətlərində çaqqallar gəzəcək.Babilin sonu yaxınlaşır,O günlər tez gəlib çatacaq». |
|
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/isaiah/013.mp3
66
13