İndi isə qulaq as, ey əmin-amanlıqda yaşayan zövq düşkünü!Sən ürəyində deyirdin: “Mən mənəm,Məndən başqası yoxdur.Heç vaxt dul qalmayacağam,Övlad itirmək dərdini bilməyəcəyəm”.
Bu iki bəla bir gündə,Qəflətən başına gələcək.Böyük cadugərliyinə, hədsiz ovsunçuluq etdiyinə baxmayaraq,Həm övladlarını itirəcək, həm də dul qalacaqsan.
Lakin üzərinə bəla gələcək,Sən onun qarşısını ala bilməyəcəksən,Sən xərac versən də, bu fəlakət üstünə gələcək,Bilmədiyin bəla qəflətən üzərinə düşəcək.
Gənc yaşlarından bəriMəşğul olduğun ovsunçuluğuna və böyük cadugərliyinə davam et.Bəlkə onlardan bir xeyir görərsən,Bəlkə düşmənlərini onlarla vahiməyə sala bilərsən!
Aldığın çoxlu məsləhətlər səni üzdü.Qoy ulduz falına baxanlar, münəccimlər,Yeni ay çıxanda olacaq hadisələri bildirənlərİndi gəlib səniBaşına gələn bəlalardan xilas etsinlər.
Bax, onlar küləş kimidir,Od onları yandırıb-yaxar.Özlərini alovun gücündən xilas edə bilməyəcəklər.Bu alov isinmək üçün kömürlü od deyil,Qabağında oturulacaq od deyil.