Ey uzaq diyarlar, Məni dinləyin!Ey uzaqda yaşayan ümmətlər, yaxşı qulaq asın!Rəbb məni anadan olandan bəri çağırmışdı,Ana bətnindən adımı yadına saldı.
Rəbb məni qulu etmək üçünAna bətnində mənə quruluş verdi ki,Yaqub nəslini Ona tərəf döndərim,İsraili Onun önünə toplayım.Onun gözündə hörmət qazandım,Qüdrətim Allahım oldu.Rəbb indi belə deyir.
O deyir:«Yaqub qəbilələrinin bərpası,İsrailin sağ qalanlarının geri qayıtması üçünQulum olmağın kifayət deyil.Səni millətlərə nur edəcəyəm ki,Xilasım dünyanın ən uzaq yerlərinə yayılsın».
Adamların nifrət etdiyi,Millətin həqarətlə baxdığı,Hökmdarların qulu olan şəxsə,İsrailin Satınalanı, Müqəddəsi,Rəbb belə deyir:«İsrailin Müqəddəsi,Sadiq Rəbb səni seçdiyinə görəPadşahlar səni görüb ayağa qalxacaq,Əmirlər qarşında yerə səriləcək».
Rəbb belə deyir:«Münasib vaxtda sənə cavab verdim,Xilas günü sənə kömək etdim.Səni hifz edəcəyəm.Səni xalqım üçün əhd edəcəyəm ki,Dağılmış ölkəni bərpa edəsən,İrs olaraq yenə sahiblərinə verəsən.
Qaldır başını, bax ətrafına:Hamı yığılıb yanına gəlir.Mən Rəbb Varlığıma and içib bəyan edirəm ki,Onların hamısı sənin üçün bər-bəzək olacaq,Gəlin kimi onları taxıb fəxr edəcəksən!
Sən qəlbində deyəcəksən:“Axı bunları mənim üçün kim doğdu?Övladlarım itkin düşmüşdü, sonsuz oldum,Sürgün edilmişdim, qovulmuşdum.Belə isə bunları kim böyütdü?Mən tək-tənha qalmışdım,Bəs bunlar haradan gəlib-çıxdı?”»
Xudavənd Rəbb belə deyir:«Budur, Mən əlimi millətlərəBir işarə kimi uzadacağam,Bayrağımı xalqlar arasında qaldıracağam.Onlar sənin oğullarını qucağında,Qızlarını çiyinlərində gətirəcək.
Padşahlar sənə atalıq,Mələkələr sənə analıq edəcək.Üzüstə yerə sərilib sənə səcdə edəcəklər,Ayaqlarının tozunu yalayacaqlar.Onda biləcəksən ki, Mən Rəbbəm,Mənə güvənənlər utanmayacaq».
Amma Rəbb belə deyir:«Bəli, güclünün əlindən əsirlər də alına bilər,Zorakının əlindən qənimət də götürülə bilər,Səninlə çəkişənlərlə Mən çəkişəcəyəm,Övladlarını Mən qurtaracağam.
Sənə zülm edənlərə öz ətlərini yedirəcəyəm,Öz qanları ilə sərxoş olubŞirin şərab içənlərin halına düşəcəklər.Beləcə bütün bəşər biləcək ki,Səni qurtaran Rəbb Mənəm.Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm».