Onlar hər gün Məni axtarır,Mənim yolumu öyrənməkdən zövq alır.Sanki bu əməlisaleh,Allahının hökmündən ayrılmayan millət imiş.Onlar Məndən düzgün hökmlər diləyirdi,Allaha yaxınlaşmaqdan zövq alırdı.
Onlar belə deyir:“Oruc tutduğumuzu nə üçün görmürsən,Özümüzü aşağı tutanda,Sən niyə fikir vermirsən?”Baxın, oruc tutduğunuz günSiz istədiyinizi edirsiniz,Bütün işçilərinizi sıxışdırırsınız.
İstədiyim oruc, insanın özünü aşağı tutduğu gün belə olmalı idimi?Bu, qamış kimi başınızı əyib,Əyninizə çul geyib, kül üstündə oturmağınızdırmı?Bunamı oruc və Rəbbə məqbul olan gün deyirsiniz?
Mənim istədiyim orucsaHaqsızlığın buxovlarını qırmaq,Boyunduruğun iplərini açmaq,Sıxıntı içində olanları azad etmək,Hər cür boyunduruğu məhv etmək deyilmi?
O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək.Fəryad edəcəksiniz, O sizə “buradayam” deyəcək.Əgər siz boyunduruğu,Yəni başqalarına zülm etməyiniziAranızdan rədd etsəniz,Barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz,
Rəbb həmişə sizə yol göstərəcək,Quru torpaqlarda sizi doyuzduracaq, güc verəcək.Siz də sulanmış bağça kimi,Suları heç vaxtı əskilməyənBulaq kimi olacaqsınız.
Sizdən törənənlər qədim dağıntıları tikəcək,Nəsillərdən qalma təməllərin üstünüSiz bərpa edəcəksiniz.Sizə xarabalıqları bərpa edənlər,Camaatın yaşaması üçünKüçələri yenidən quranlar deyiləcək.
Şənbə günündə büdrəməsəniz,Müqəddəs günümdə istədiyinizi etməsəniz,Şənbə gününü “şən gün”,Rəbbin müqəddəs gününü“Şərəfli gün” adlandırsanız,Öz yolunuzla getməməklə,İstədiyinizi əldə etməməklə,Boşboğazlıqla məşğul olmamaqla,O günü əziz tutsanız,
Rəblə ünsiyyətdən zövq alacaqsınız.O zaman Mən sizi yer üzününYüksək yerlərinə çıxaracağam,Atanız Yaqubun payından dadacaqsınız».Bu sözlər Rəbbin ağzından çıxıb.