Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Ah, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin,Qulağı kar deyil ki, eşidə bilməsin. |
| 2 |
| Lakin şər əməllərinizAllahınızla sizin aranızda ayrılıq saldı.Günahlarınıza görə Onun üzü sizdən döndü,O səsinizi eşitmir. |
| 3 |
| Çünki əlləriniz qanla,Barmaqlarınız şər əməllərlə murdarlanıb.Dodaqlarınız yalan danışır,Diliniz pislik söyləyir. |
| 4 |
| Məhkəmədə ədalətlə işə baxan yoxdur,Doğruluqla özünü müdafiə edən yoxdur,Boş sözlərə güvənirlər, aldadırlar,Əziyyətə hamilə olub pislik doğurlar. |
| 5 |
| Gürzə yumurtalarına qırt yatırlar,Hörümçək toru toxuyurlar.O yumurtalardan yeyən ölür,Qırılan yumurtalardan əfi ilan çıxır. |
| 6 |
| Onların toxuduğu hörümçək torundan paltar çıxmaz,Toxuduqları parça ilə özlərini örtə bilmirlər.Elədikləri əməllər şər əməllərdir,Əllərində zorakılıq işləri var. |
| 7 |
| Ayaqları pis işlər etməyə tələsir,Günahsız qan tökməyə cəlddir.Fikirləri, niyyətləri şər əməllərdir,Yollarında viranəlik, qırğın var. |
| 8 |
| Əmin-amanlıq yolu nədir, onlar bilmirlər,Getdikləri yolda ədalət yoxdur,Özlərinə əyri yol seçdilər,O yoldan gedənlərin heç biriƏmin-amanlıq nədir bilmir. |
| 9 |
| Buna görə ədalət bizdən uzaqlaşıb,Salehliyə çata bilmirik.İşıq ümidindəyik, lakin qaranlıqdayıq,Aydınlıq gözləyirik, zülmətdə yeriyirik. |
| 10 |
| Kor kimi əllərimizlə divarı yoxlayırıq,Gözü görməyənlər tək yol axtarırıq.Günorta çağı gecə vaxtı olduğu kimi büdrəyirik,Güclülər arasında ölülər kimiyik. |
| 11 |
| Hamımız ayı kimi nərildəyirik,Göyərçin tək inildəyirik.Ədalət gözləyirik, lakin heç bir şey yoxdur.Qurtuluş gözləyirik, amma bizdən uzaqdır. |
| 12 |
| Çünki Önündə üsyankarlığımız böyükdür,Günahlarımız bizə qarşı şəhadət edir.Üsyankarlığımız bizi dövrəyə alıb,Şər əməllərimizdən xəbərdarıq. |
| 13 |
| Üsyankar olub Rəbbi rədd etdik,Allahımızın ardınca getmədik,Zorakılıq, xəyanətlə dolu sözlər danışdıq,Yalan kəlmələri ürəyimizdə gizlətdik,Sonra aşkara çıxartdıq. |
| 14 |
| Ədalət geri çəkildi,Salehlik uzaqda durdu,Çünki həqiqət şəhər meydanında yıxıldı,Dürüstlük aramıza daxil ola bilmir. |
| 15 |
| Həqiqət heç bir yerdə yoxdur,Şərdən uzaq duran talan olunur.Rəbb bunları gördü,Ədalətin yoxluğu Onun xoşuna gəlmədi. |
| 16 |
| Rəbb gördü ki, heç kim yoxdur,Havadarın olmadığına görə O mat qaldı.Onda Onun qolu Ona zəfər gətirdi,Salehliyi Ona dayaq oldu. |
| 17 |
| O, salehliyi zireh kimi geydi,Qurtuluş dəbilqəsini başına taxdı.Qisas geyimlərini geydi,Qeyrət libasına büründü. |
| 18 |
| O hər kəsə əməllərinə görə əvəz verəcək.Düşmənlərinə qəzəblə, yağılarına,Uzaq diyarlara qisasla əvəz verəcək. |
| 19 |
| Beləcə qərbdən şərqədək adamlarRəbbin adından və əzəmətindən qorxacaq.Çünki düşmən azğın bir çay kimi gəldikdəRəbbin nəfəsi onu qovacaq. |
| 20 |
| Rəbb bəyan edir: «Satınalan Siona gələcək,Yaqub nəslinin üsyankarlıqdan dönənlərinin yanına gələcək». |
| 21 |
| «Mənim onlarla bağladığım əhd budur: üzərindəki Ruhum, ağzına qoyduğum sözlərim indidən sonsuzadək sənin, övladlarının, nəvə-nəticələrinin ağzından düşməyəcək». Bunu Allah deyir. |
|
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/isaiah/059.mp3
66
59