Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Rəbb mənə belə dedi: «Get özünə bir kətan qurşaq al və belinə bağla, amma onu suya qoyma». |
| 2 |
| Mən Rəbbin sözünə görə qurşaq aldım və belimə bağladım. |
| 3 |
| Mənə yenə Rəbbin sözü nazil oldu: |
| 4 |
| «Belindəki aldığın qurşağı götürüb qalx və Fərat çayına tərəf get. Onu orada qayanın oyuğunda gizlət». |
| 5 |
| Mən gedib Rəbbin əmr etdiyi kimi onu Fərat çayının yaxınlığında gizlətdim. |
| 6 |
| Uzun müddət sonra Rəbb mənə dedi: «Qalx Fərat çayına tərəf get və sənə gizlətməyi əmr etdiyim qurşağı oradan götür». |
| 7 |
| Mən Fərat çayına tərəf getdim və qurşağı gizlətdiyim yerdən qazıb götürdüm. Gördüm ki, qurşaq çürüyüb və daha heç nəyə yaramır. |
| 8 |
| O zaman mənə Rəbbin bu sözü nazil oldu: |
| 9 |
| «Rəbb belə deyir: “Yəhudanın təkəbbürünü və Yerusəlimin böyük qürurunu beləcə çürüdəcəyəm. |
| 10 |
| Sözlərimə qulaq asmayan, inadkarlıqla ürəklərinin istədiyinə uyan, başqa allahlara qulluq və səcdə edərək onların tərəfdarı olan bu pis xalq heç bir şeyə yaramayan həmin qurşaq kimi olacaq”. |
| 11 |
| Rəbb deyir: “Qurşaq insanın belinə necə yapışırsa, bütün İsrail nəslini və Yəhuda nəslini Özümə eləcə yapışdırdım ki, Öz xalqım olub Mənə şöhrət, tərif və izzət gətirsinlər, ancaq onlar qulaq asmadı”. |
| 12 |
| Buna görə onlara bu sözü çatdır ki, İsrailin Allahı Rəbb belə deyir: “Hər tuluq şərabla dolacaq”. Onda sənə deyəcəklər: “Hər tuluğun şərabla dolacağını biz də bilmirikmi?” |
| 13 |
| O zaman onlara söylə ki, Rəbb belə deyir: “Bütün bu ölkədə yaşayanları, Davudun taxtı üzərində oturan padşahları, kahinləri, peyğəmbərləri, bütün Yerusəlimdə yaşayanları sərxoş olana qədər şərabla doyduracağam”. |
| 14 |
| Rəbb bəyan edir: “Mən onları ata və oğulları ilə birlikdə bir-birlərinə çırpacağam. Onlara rəhm etməyəcək, aman verməyəcək, həlak etməyə heyfsilənməyəcəyəm”». |
| 15 |
| Eşidin və qulaq asın,Qürurlu olmayın,Çünki Rəbb belə söylədi. |
| 16 |
| Nə qədər ki qaranlıq çökdürməyib,Zülmət dağlarında ayaqlarınız büdrəməyib,Allahınız Rəbbi izzətləndirin.Siz işıq gözləyirsiniz,Amma Rəbb onu ölüm kölgəsinə çevirər,Dərin zülmətə döndərər. |
| 17 |
| Ancaq siz ona qulaq asmasanız,Gözlərim acı-acı yaş tökəcək,Göz yaşları sel kimi axacaq.Çünki Rəbbin sürüsünüSürgün etdilər. |
| 18 |
| Padşaha və onun anasına söylə:«Taxtınızdan enin,Çünki şərəf tacınız başınızdan düşdü». |
| 19 |
| Negev şəhərlərinin darvazaları bağlandı,Açan yoxdur.Bütün Yəhuda sürgün edildi,Hamı sürgün edildi. |
| 20 |
| Başınızı qaldırıbŞimaldan gələnləri görün.Sənə verilən sürü,Sənin gözəl sürün haradadır? |
| 21 |
| Rəbb müttəfiq kimi hazırladığın adamlarıSənə hakim qoyanda nə deyəcəksən?Məgər doğan qadının çəkdiyi sancı kimiSəni də ağrı tutmayacaqmı? |
| 22 |
| Əgər ürəyində«Bütün bunlar nə üçün başıma gəldi» desən,Bil ki, günahının çoxluğundanƏtəklərin qaldırıldı və zorlandın. |
| 23 |
| Kuşlu öz dərisini,Bəbir öz xallarını dəyişdirə bilərmi?Pislik etməyə alışmışSiz də yaxşılıq edə bilməzsiniz. |
| 24 |
| «Bundan ötrü səni çöl küləyi iləSovrulan saman çöpü kimi səpələyəcəyəm. |
| 25 |
| Sənə düşən püşk,Mənim sənə ayırdığım pay budur»Rəbb belə bəyan edir.«Çünki Məni unutdun,Yalana güvəndin. |
| 26 |
| Bundan ötrü Mən də sənin ətəkləriniÜzünə qaldıracağam ki,Ayıbın görünsün. |
| 27 |
| Çöldəki təpələr üzərindəGördüyün iyrənc işləri,Zinakarlığını, şəhvətlə kişnəməyini,Həyasız əxlaqsızlığını gördüm.Vay halına, ey Yerusəlim!Sən nə vaxta qədərTəmizlənə bilməyəcəksən?» |
|
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/jeremiah/013.mp3
52
13