Misir haqqında, Misir padşahı firon Nekonun ordusu barədə nazil olan sözdür. Bu ordu Fərat çayı sahilində olan Karkemişdə idi. Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Babil padşahı Navuxodonosor onu məğlub etdi.
Nə üçün mən bunu gördüm?Onlar dəhşətə düşüb geri döndü,Döyüşçüləri məğlub oldu,Tez qaçıb heç geriyə də baxmadı.Hər tərəfdə dəhşət var!»Rəbb belə bəyan edir.
Ey atlar, şahə qalxın!Ey döyüş arabaları, dəli kimi cumun!Ey qalxanla silahlanmış Kuş və Put döyüşçüləri,Kaman götürən və onu çəkən Ludlular, irəli gedin!
O gün Ordular Rəbbi Xudavəndin günüdür,Düşmənlərindən qisas alması üçünQisas günüdür.Onları qılınc yeyib-doyacaq,Qanlarını içib susuzluğunu yatıracaq.Çünki şimal ölkəsində, Fərat çayı sahilindəOrdular Rəbbi Xudavənd qurban kəsir.
Adı Ordular Rəbbi olan Padşah bəyan edir:“Varlığıma and olsun ki,Tavor və dəniz sahilindəki Karmel dağlarıDağlar arasında necə nəzərə çarparsa,Gələn şəxs də elə olacaq.
Onun muzdlu əsgərləri dəBəslənmiş dana kimidir.Onlar üz çevirib birlikdə qaçdı,Yerlərində durmadı.Çünki fəlakətlərinin günü,Cəzalarının vaxtı gəlmişdi.
İsrailin Allahı olan Ordular Rəbbi deyir: “Mən No şəhərinin allahı Amonu, fironu, Misiri, onun allahlarını, padşahlarını və firona güvənənləri cəzalandıracağam.
Canlarını almaq istəyənlərə – Babil padşahı Navuxodonosora və onun əyanlarına təslim edəcəyəm. Ancaq sonra əvvəllər olduğu kimi adamlar yenə Misirdə yaşayacaq” Rəbb belə bəyan edir.
“Qorxma, ey qulum Yaqub,Dəhşətə düşmə, ey İsrail.Çünki səni uzaq yerlərdən,Nəslini sürgün olunduğu ölkədən qurtaracağam.Yaqub geri qayıdacaq,Rahatlıq tapıb qayğısız olacaq,Onu qorxudan olmayacaq.
Qorxma, ey qulum Yaqub,Çünki Mən səninləyəm”Rəbb belə bəyan edir.“Səni aralarına sürgün etdiyimMillətlərin hamısını yox etsəm də,Səni tamamilə məhv etməyəcəyəm,Ədalətlə tərbiyələndirəcəyəm.Amma cəzasız qoymayacağam”».