Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Allahın Rəbbə üz tut, ey İsrail,Çünki günahlarından ötrü büdrədin. |
| 2 |
| Dua sözləri ilə Rəbbə tərəf dönün.Ona belə deyin:«Hər qəbahətimizi bağışla,Bizi mərhəmətlə qəbul et.Buğalar yerinə ağzımızdan çıxanŞükürləri təqdim edirik. |
| 3 |
| Aşşur bizi xilas etməyəcək,Atların belinə minməyəcəyik,Artıq əl işlərimizə“Allahlarımız” deməyəcəyik.Çünki yetim Səndən mərhəmət görəcək». |
| 4 |
| «Onların dönüklüyünə əlac edəcəyəm,Onları ürəkdən sevəcəyəm,Çünki qəzəbim onlardan vaz keçdi. |
| 5 |
| Mən İsrailə bir şeh olacağam,O, zanbaq kimi çiçək açacaq,Livan sidri kimi kök atacaq. |
| 6 |
| Qollu-budaqlı olacaq,Zeytun ağacı kimi gözəl olacaq,Livan sidri kimi ətir saçacaq. |
| 7 |
| Adamlar yenə də kölgəsi altında oturubBuğda kimi cücərəcək,Meynə kimi tumurcuqlayacaq,Şöhrəti Livan şərabı kimi olacaq. |
| 8 |
| Efrayim deyəcək:“Artıq bütlər nəyimə gərəkdir?”Mən onun səsini eşidəcəyəm,Ona nəzər salacağam.Mən həmişəyaşıl şam kimiyəm,Sənin bar verməyin Məndən gələcək. |
| 9 |
| Kim müdrikdirsə, bu sözləri dərk etsin,Kim dərrakəlidirsə, bunları başa düşsün.Çünki Rəbbin yolları düzdür.Salehlər o yollarla gedir,Ancaq üsyankarlar o yollarda büdrəyir». |
|
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/hosea/014.mp3
14
14