Ey sizlər, Samariya dağında bəslənən Başan inəkləri!Bu sözü dinləyin, ey yoxsullara zülm edən,Möhtacları sıxışdıran, ərlərinə “gətir içək” deyən qadınlar!
Xudavənd Rəbb Öz müqəddəsliyi naminə belə and içmişdir.“Budur, üstünüzə elə vaxt gəlir ki,Hamınız balıq kimi çəngəllərlə çəkiləcəksiniz,Tilovlarla tutulacaqsınız.
Təşəkkür üçün mayalı çörək yandırıb təqdim edin,Öz könüllü təqdimlərinizlə öyünün.Ey İsraillilər, sizin xoşunuza gələn budur!” Xudavənd Rəbb belə bəyan edir.
“Mən biçin vaxtına üç ay qalmış sizdən yağışı kəsdim. Bir şəhərin üzərinə yağış yağdırdım, o birinin isə üzərinə yağdırmadım. Yağış bir əkin üzərinə yağdı, o birinin isə üzərinə yağmadığına görə o qurudu.
“Əkininizə səmum küləyi və kif göndərərək sizə zərər vurdum. Bağlarınızı və üzümlüklərinizi, əncir və zeytun ağaclarınızı çəyirtkə yedi. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
“Misirdə olduğu kimi aranıza vəba göndərdim. Cavanlarınızı qılıncla öldürtdüm. Atlarınızı sürüb apartdırdım. Ordunuzdan meyit iyini burnunuza çatdırdım. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
“Mən Sodomla Homorranı necə dağıtdımsa, sizdən bəzilərini də elə məhv etdim. Siz oddan götürülən odun kimi sağ qaldınız. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
Odur dağlara quruluş verən, küləyi yaradan,Nə düşündüyünü insana bildirən,Dan işığını qaranlıq edən,Yer üzünün yüksək yerlərinə ayaq basan –Onun adı Ordular Allahı Rəbdir.