Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Yəhuda padşahları Yotam, Axaz və Xizqiyanın dövründə Samariya və Yerusəlim barəsində Moreşetli Mikeyaya görüntü ilə Rəbbin bu sözü nazil oldu. |
| 2 |
| Eşidin, ey bütün xalqlar,Qulaq asın, yer üzü və orada yaşayanlar!Qoy Xudavənd Rəbb sizə qarşı müqəddəs məbədindənŞəhadət etsin. |
| 3 |
| Budur, Rəbb göylərdəki taxtından enir,Yer üzünü dağların zirvəsi ilə gəzir. |
| 4 |
| Od yanında əriyən mum tək önündə dağlar əriyəcək,Təpələrdən gələn sellər tək yarğanlar açacaq. |
| 5 |
| Bunlar Yaqub övladlarının üsyankarlığına,İsrail xalqının günahlarına görədir.Yaqub övladlarının üsyankarlığına görəAxı kimdir müqəssir? Samariya deyilmi?Yəhudanın bütpərəstliyinə görəAxı kimdir təqsirkar? Yerusəlim deyilmi? |
| 6 |
| «Buna görə Mən Rəbb Samariyanı yerlə yeksan edəcəyəm,Yerində üzümlük salınacaq.Daşlarını dərəyə tökəcəyəm,Təməllərini açıq qoyacağam. |
| 7 |
| Samariyanın bütün oyma bütləri parça-parça olacaq,Məbədinə verilən hədiyyələr yandırılacaq,Bütün heykəllərini dağıdacağam.Axı bu hədiyyələr fahişəlik haqqı ilə yığılmışdı,Onlar yenə də fahişələr üçün işlədiləcək». |
| 8 |
| Buna görə Mən Mikeya, ağlayıb göz yaşı axıdacağam,Ayaqyalın, lüt-üryan dolaşacağam,Çaqqal kimi ulayacağam,Bayquş kimi səs salacağam. |
| 9 |
| Samariyanın yaraları sağalmaz,Yəhudayadək yayılıb,Xalqımın darvazalarınadək,Yerusəlimədək çatıb. |
| 10 |
| Bunu Qatda bildirməyin,Önlərində ağlamayın.Bet-Leafrada toz-torpaqda yuvarlanın. |
| 11 |
| Siz ey Şafir sakinləri,Lüt-üryan, xəcalət içində əsarətə gedin!Saananda yaşayanlar oradan çıxa bilməyəcək.Bet-Esel əhli yas tutacaq,Köməyini sizdən çəkəcək. |
| 12 |
| Marot əhalisi xeyir arzulasa da,Rəbb Yerusəlimin darvazasına bəla gətirir. |
| 13 |
| Ey Lakiş sakinləri, atlarınızıDöyüş arabalarına qoşunSion qızını günaha batırdınız,İsrailin üsyankarlığına bais oldunuz! |
| 14 |
| Buna görə Moreşet-Qata cehiz verəcəksiniz,Akziv şəhəri İsrail padşahlarını aldadacaq. |
| 15 |
| Ey Mareşa sakinləri,Rəbb üzərinizə yenə istilaçı gətirəcək,Adullam mağarasına İsrailin adlı-sanlı adamları sığınacaq. |
| 16 |
| Ey Yəhuda, əziz balalarından ötrü saçını qırx,Qoy başın kərkəs başı kimi keçəl olsun,Çünki övladların sürgünə aparılacaq! |
|
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/micah/001.mp3
7
1