Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Onda mən dedim:«Dinləyin, ey Yaqub rəhbərləri,Ey İsrail xalqının başçıları!Axı siz ədalətli olmalısınız! |
| 2 |
| Siz ki yaxşıya nifrət edirsiniz,Pisliyi sevirsiniz,Xalqımın dərisini soyursunuz,Ətini sümüklərindən qoparırsınız, |
| 3 |
| Siz xalqımın ətini yeyirsiniz,Dərisini soyursunuz, sümüyünü qırırsınız.Sanki qazanda, tavada bişirilən ət kimiXalqımı doğrayırsınız. |
| 4 |
| Gün gələcək, Rəbbə fəryad edəndəO sizə cavab verməyəcək.O zaman Rəbb üzünü sizdən gizlədəcək,Çünki əməlləriniz pis olub». |
| 5 |
| Xalqını azdıran peyğəmbərlərə qarşıRəbb belə deyir:«Yeməyiniz olandaSülh bəyan edirsiniz.Sizə çörək verməyənlərə isəDava elan edirsiniz». |
| 6 |
| Buna görə sizə görüntüsüz gecə gələcək,Qaranlıqda falçılıq edə bilməyəcəksiniz.Peyğəmbərlər üçün günəş batacaq,Gündüz onlar üçün zülmət olacaq. |
| 7 |
| Görücülər rüsvay olacaq,Falçılar biabır olacaq,Onların hamısı bundan utanıb susacaq,Çünki Allahdan cavab olmayacaq. |
| 8 |
| Mən isə Yaqub övladlarına üsyankarlığını,İsrailə günahını bildirmək üçünQüvvətlə, Rəbbin Ruhu ilə,Ədalət və cəsarətlə qurşanıram. |
| 9 |
| Bunu dinləyin, ey Yaqub rəhbərləri,Ey İsrail xalqının başçıları!Siz ədalətə nifrət edirsiniz,Hər cür düzlüyü əyriyə çevirirsiniz. |
| 10 |
| Sionu qan bahasına bina edirsiniz,Yerusəlimi haqsızlıq üzərində tikirsiniz. |
| 11 |
| Rəhbərləri rüşvətlə hökm edir,Kahinləri muzdla təlim verir,Peyğəmbərləri falçılıq edib pul alır.Amma Rəbbə güvənərək belə deyirlər:«Rəbb aramızda deyilmi?Üstümüzə bəla gəlməz». |
| 12 |
| Buna görə də sizin üzünüzdənSion tarla kimi şumlanacaq,Yerusəlim daş qalağına,Məbədin tikildiyi dağMeşəli təpələrə çevriləcək. |
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/micah/003.mp3
7
3