Çox millətlər gəlib deyəcək:«Gəlin Rəbbin dağına,Yaqubun Allahının evinə qalxaq,Qoy Rəbb bizə Öz yollarını öyrətsin,Biz Onun rizləri ilə gedək».Siondan Rəbbin təlimi,Yerusəlimdən Onun kəlamı yayılacaq.
Rəbb çox xalqlar arasında hakim olacaq,Güclü millətlər haqqında qərar çıxaracaq.Onlar qılınclarından kotan,Nizələrindən isə dəryaz düzəldəcək.Millət millətə qarşı qılınc qaldırmayacaq,Artıq dava etməyi öyrənməyəcək.
Ey Sion qızı, ağrıdan qovrul,Doğan qadın kimi bərkdən qışqır,Çünki şəhərdən çıxıb, çöldə yaşayacaqsan,Babilə qədər gedəcəksən.Lakin orada xilas olacaqsan,Rəbb səni düşmənlərinin əlindən satın alacaq.
Rəbb belə deyir: «Ey Sion qızı,Qalx, xırmandakı taxılını döy!Səni dəmir buynuzlu buğa kimi,Tunc dırnaqlı öküz kimi güclü edəcəyəm.Sən çox xalqları əzəcəksən,Onların qənimətini Mənə – Rəbbə,Mal-dövlətini bütün yer üzünün Sahibinə həsr edəcəksən».