Rəbb belə deyir:«Millətləri məhv etdim,Künc qüllələri dağıldı.Küçələrini viran qoydum,O küçələrdən artıq gəlib-keçən yoxdur!Şəhərləri xarabalığa döndü,Orada heç bir sakin də qalmadı.
Mən dedim:“Xalqım Məndən qorxar,İbrət dərsi alar”.Onda məskənləri dağıdılmaz,Verdiyim cəzaların hamısı üzərlərinə gəlməz,Lakin onlar hər cür pozğun iş görməkdən zövq aldı».
Buna görə Rəbb bəyan edir:«Şahid kimi qalxdığımGünə qədər Məni gözləyin.Çünki Mən millətləri yığmağıPadşahlıqları toplamağı qərara almışam.Qoy üzərlərinə qeyzimi, qızğın qəzəbimi töküm.Çünki qısqanc qəzəbimin odu ilə bütün yer üzü tələf olacaq.
O gün sən, ey xalqım,Mənə qarşı üsyankarlıq etdiyinə görəDaha xəcalətli olmayacaqsan.Çünki qürurlu, təkəbbürlü adamlarıSənin arandan uzaqlaşdıracağam,Müqəddəs dağımda bir daha təkəbbürlü olmayacaqsan.
Budur, vaxt gəlir,Mən sizə zülm edənlərin hamısını cəzalandıracağam,Şikəstləri qurtaracağam, sürgünləri yığacağam,Bütün dünyada çəkdikləri xəcalətiŞan-şöhrətə çevirəcəyəm.
O zaman sizi toplayıb yurdunuza geri qaytaracağam.Görəcəksiniz, Mən sizi yenə firavan edəndəBütün dünya xalqları arasındaSizə şan-şöhrət verəcəyəm»Rəbb deyir.