Bu xəbərdarlıq Xadrak ölkəsi və onun rahatlıq yeri Dəməşq şəhəri barəsində nazil olan Rəbbin sözüdür, çünki insanların və bütün İsrail qəbilələrinin gözü Rəbbə baxır.
Ağızlarından qanı daman əti, dişlərinin arasından haram yeməkləri alacağam. Onların sağ qalanları Allahımıza məxsus olub Yəhudanın bir nəsli kimi olacaq. Eqronlular da Yevuslular kimi olacaq.
Hücum edən ordulara qarşı evimin ətrafında ordugah quracağam. Heç bir istilaçı daha xalqımın üzərinə tökülməyəcək. Çünki artıq xalqıma Mən keşik çəkirəm.
Ey Sion qızı, böyük sevinclə coş,Ey Yerusəlim qızı, hayqır!Bax padşahın sənə tərəf gəlir.O ədalətli və xilaskardır.O itaətkardır və bir eşşəyə –Eşşəyin balası olan sıpaya minib gəlir.
Döyüş arabalarını Efrayimdən,Atları Yerusəlimdən uzaqlaşdıracağam.Döyüş kamanları qırılacaq.Padşahınız millətlərə sülh elan edəcək.Onun hökmranlığı dənizdən dənizə,Çaydan yer üzünün qurtaracağınadək hər yerə uzanacaq.
Yəhudanı Özüm üçün kaman kimi çəkəcəyəm,Efrayimi ox kimi ona qoyacağam.Ey Sion, övladlarınıYunan övladlarının üstünə qaldıracağam.Səni bir döyüşçü qılıncı tək edəcəyəm.