Allah onları Misirdən çıxartdı;Onların çöl öküzü kimi qüvvəti var.Onlar düşmən millətləri yeyib qurtaracaq.Sümüklərini qıracaq,Oxları ilə onları dələcək.
Onlar pusub şir kimi yatar,Dişi aslana oxşar.Onları oyandırmağa kim cürət edər?Sizə xeyir-dua verən xeyir-dualı olsun,Sizə lənət oxuyan qoy lənətli olsun!”»
Bilama qarşı Balaqın qəzəbi alovlandı. Balaq əllərini bir-birinə vurdu və Bilama dedi: «Səni düşmənlərimə lənət etmək üçün çağırdım və budur, üçüncü dəfədir ki, onlara ancaq xeyir-dua verirsən.
Balaq mənə qızıl və gümüşlə dolu evini versə belə, Rəbbin sözündən bilə-bilə yan keçib yaxşılıq yaxud pislik edə bilmərəm. Rəbb nə desə, onu deyəcəyəm.
“Onu mən görürəm, amma indi deyil,Mən ona baxıram, amma yaxından deyil.Yaqubdan bir ulduz çıxacaq,İsraildən bir Əsaucalacaq,Moavlıların alınlarını,Şet övladlarının başlarını əzəcək.