Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi: |
| 2 |
| İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yəhuda və onun qardaşları törədi. |
| 3 |
| Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi. |
| 4 |
| Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. |
| 5 |
| Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi. |
| 6 |
| Yesseydən padşah Davud törədi.Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi. |
| 7 |
| Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi. |
| 8 |
| Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi. |
| 9 |
| Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi. |
| 10 |
| Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi. |
| 11 |
| Babil sürgünü zamanı Yoşiyadan Yekonya və onun qardaşları törədi. |
| 12 |
| Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi. |
| 13 |
| Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi. |
| 14 |
| Azurdan Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi. |
| 15 |
| Elihuddan Eleazar törədi. Eleazardan Mattan törədi. Mattandan Yaqub törədi. |
| 16 |
| Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu. |
| 17 |
| Beləliklə, İbrahimdən Davuda qədər olan bütün nəsillər on dörd nəsildir, Davuddan Babil sürgününə qədər on dörd nəsildir, Babil sürgünündən Məsihə qədər də on dörd nəsildir. |
| 18 |
| İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. |
| 19 |
| Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. |
| 20 |
| Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. |
| 21 |
| Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək». |
| 22 |
| Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi: |
| 23 |
| «Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar».«İmmanuel» «Allah bizimlədir» deməkdir. |
| 24 |
| Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi. |
| 25 |
| Amma Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu. |
|
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/matthew/001.mp3
28
1