Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| İsa On İki şagirdinə nəsihət verib qurtarandan sonra öyrədərək vəz etmək üçün onların şəhərlərinə getdi. |
| 2 |
| Yəhya isə Məsihin işlərini zindanda eşidərək öz şagirdlərini göndərib |
| 3 |
| Ondan soruşdu: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?» |
| 4 |
| İsa onlara belə cavab verdi: «Gedin, eşidib gördüklərinizi Yəhyaya bildirin: |
| 5 |
| korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır. |
| 6 |
| Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!» |
| 7 |
| Onlar gedərkən İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı? |
| 8 |
| Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma nəfis toxunmuş paltar geyənlər padşahların saraylarında qalır. |
| 9 |
| Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə. |
| 10 |
| Bu o adamdır ki, onun haqqında yazılıb:“Budur, Sənin önündə Öz elçimi göndərirəm,O Sənin qabağında yolunu hazırlayacaq”. |
| 11 |
| Sizə doğrusunu deyirəm: qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün olan meydana çıxmayıb. Amma Səmavi Padşahlıqda ən kiçik olan ondan üstündür. |
| 12 |
| Vəftizçi Yəhyanın günlərindən indiyə qədər Səmavi Padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir. |
| 13 |
| Çünki bütün Peyğəmbərlər və Qanun Yəhyaya qədər peyğəmbərlik etdi. |
| 14 |
| Əgər onu qəbul etmək istəyirsinizsə, gəlməli olan İlyas odur. |
| 15 |
| Qulağı olan eşitsin! |
| 16 |
| Bəs bu nəsli nəyə bənzədim? O, bazar meydanlarında oturan və“Biz sizə tütək çaldıq, sizsə oynamadınız.Biz mərsiyələr oxuduq, sizsə matəm tutmadınız”deyib başqalarını səsləyən uşaqlara bənzəyir. |
| 17 |
| 18 |
| Çünki Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və onlar deyirlər: “O, cinə tutulmuşdur”. |
| 19 |
| Bəşər Oğlu gəldikdə yeyib-içdi və onlar deyirlər: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” Amma hikmət öz əməlləri ilə təsdiq olunur». |
| 20 |
| Onda İsa bir çox möcüzələr göstərdiyi şəhərləri tövbə etmədikləri üçün məzəmmət etməyə başladı. |
| 21 |
| «Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdilər. |
| 22 |
| Amma sizə deyirəm: qiyamət günü Sur və Sidonun halı sizinkindən daha asan olacaq. |
| 23 |
| Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. Çünki səndə baş vermiş möcüzələr Sodomda olsaydı, o bu günə qədər durardı. |
| 24 |
| Ancaq Mən sizə deyirəm: qiyamət günü Sodom diyarının halı səninkindən daha asan olacaq». |
| 25 |
| O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. |
| 26 |
| Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi. |
| 27 |
| Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz. |
| 28 |
| Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm. |
| 29 |
| Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. |
| 30 |
| Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür». |
|
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/matthew/011.mp3
28
11