Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Səhər erkən başçı kahinlər, ağsaqqallar, ilahiyyatçılar və Ali Şuranın hamısı dərhal məşvərət edəndən sonra İsanın əl-qolunu bağlayaraq Pilatın yanına aparıb ona təslim etdilər. |
| 2 |
| Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir». |
| 3 |
| Başçı kahinlər Onu çox şeydə ittiham edirdilər. |
| 4 |
| Pilat Ondan yenə soruşdu: «Heç cavab verməyəcəksənmi? Gör Səni nə qədər ittiham edirlər!» |
| 5 |
| Amma İsa yenə də ona cavab vermədi. Pilat buna heyrətləndi. |
| 6 |
| Hər Pasxa bayramında Pilat xalqın xahişi ilə bir məhbusu azad edərdi. |
| 7 |
| Üsyan zamanı adam öldürən üsyançılarla birlikdə Barabba adlı bir nəfər də həbs olunmuşdu. |
| 8 |
| Xalq Pilatın yanına çıxıb ondan xahiş etməyə başladı ki, həmişəki kimi onların istəyini yerinə yetirsin. |
| 9 |
| Pilat onlara cavab verərək dedi: «İstəyirsiniz, sizin üçün Yəhudilərin Padşahını azad edim?» |
| 10 |
| Çünki başçı kahinlərin İsanı paxıllıqdan təslim etdiyini bilirdi. |
| 11 |
| Ancaq başçı kahinlər xalqı qızışdırdılar ki, İsanın yox, Barabbanın azad olmasını xahiş etsinlər. |
| 12 |
| Pilat yenə onlardan soruşaraq dedi: «Bəs nə istəyirsiniz? Yəhudilərin Padşahı dediyiniz bu Adama nə edim?» |
| 13 |
| «Onu çarmıxa çək!» deyə yenə bağırdılar. |
| 14 |
| Pilat «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Onu çarmıxa çək!» deyə daha ucadan bağırdılar. |
| 15 |
| Xalqı razı salmaq istəyən Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi. |
| 16 |
| Əsgərlər İsanı həyətdən içəriyə, yəni vali sarayına apardılar. Bütün alayı topladılar. |
| 17 |
| Ona tünd qırmızı bir xalat geyindirdilər və tikanlardan bir tac hörüb başına qoydular. |
| 18 |
| «Yəhudilərin Padşahı sağ olsun!» deyərək İsanı salamlamağa başladılar. |
| 19 |
| Sonra qamışla Onun başına vurub Ona tüpürdülər və önündə diz çökərək səcdə qıldılar. |
| 20 |
| Onu ələ salandan sonra tünd qırmızı xalatı əynindən çıxarıb Öz paltarlarını geyindirdilər. Sonra Onu çarmıxa çəkmək üçün bayıra apardılar. |
| 21 |
| O vaxt Şimon adlı Kirenalı bir nəfər kənd yerindən gəlib oradan keçirdi. O, İsgəndər və Rufusun atasıdır. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər. |
| 22 |
| İsanı Qolqota adlanan yerə gətirdilər. «Qolqota» «Kəllə yeri» deməkdir. |
| 23 |
| Ona mirra ilə qarışıq şərab vermək istədilər, amma O imtina etdi. |
| 24 |
| İsanı çarmıxa çəkdilər. Paltarlarını isə «kimə nə düşdü-düşdü» deyə püşk ataraq aralarında bölüşdürdülər. |
| 25 |
| Üçüncü saat idi ki, İsanı çarmıxa çəkdilər. |
| 26 |
| Onun üzərində ittihamını göstərən belə yazı var idi: «Yəhudilərin Padşahı». |
| 27 |
| Onunla birlikdə biri sağında, biri də solunda iki qulduru da çarmıxa çəkdilər. |
| 28 |
| 29 |
| Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq «Nə oldu, ey məbədi dağıdıb üç gündə tikən! |
| 30 |
| İndi Özünü xilas et və çarmıxdan düş!» deyirdilər. |
| 31 |
| Başçı kahinlər də ilahiyyatçılarla birgə eyni şəkildə İsanı ələ salaraq bir-birlərinə deyirdilər: «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! |
| 32 |
| İsrailin Padşahı Məsih qoy indi çarmıxdan düşsün ki, biz də görüb iman edək». İsa ilə birlikdə çarmıxa çəkilənlər də Onu təhqir edirdilər. |
| 33 |
| Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü. |
| 34 |
| Doqquzuncu saatda İsa uca səslə nida edərək dedi:«Elohi, Elohi, lema şabaqtani?»Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir. |
| 35 |
| Orada dayananların bəzisi bunu eşidərkən dedi: «Baxın, İlyası çağırır». |
| 36 |
| Bir nəfər qaçıb bir süngəri şərab sirkəsi ilə doldurdu və bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin və dedi: «Onu rahat buraxın, görək İlyas gəlib Onu çarmıxdan düşürəcəkmi?» |
| 37 |
| İsa uca səslə qışqırıb son nəfəsini verdi. |
| 38 |
| O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. |
| 39 |
| İsanın qarşısında duran yüzbaşı Onun son nəfəsini belə verdiyini gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» dedi. |
| 40 |
| Olub-keçənlərə uzaqdan baxan qadınlar da var idi. Məcdəlli Məryəm, kiçik Yaqubun və Yusifin anası Məryəmlə Şalomit də onların arasında idi. |
| 41 |
| İsa hələ Qalileyada olanda bu qadınlar Onun ardınca getmiş və Ona xidmət etmişdilər. Onunla birgə Yerusəlimə gələn xeyli qadın da orada idi. |
| 42 |
| O gün Hazırlıq günü, yəni Şənbədən əvvəlki gün idi. Artıq axşam düşəndə |
| 43 |
| Ali Şuranın hörmətli üzvlərindən biri olan, Allahın Padşahlığını gözləyən Arimateyalı Yusif gəldi. O cəsarət edib Pilatın yanına getdi və İsanın cəsədini istədi. |
| 44 |
| Pilat İsanın belə tez ölməsinə heyrət etdi və yüzbaşını yanına çağırıb soruşdu: «O çoxdanmı ölüb?» |
| 45 |
| Yüzbaşıdan vəziyyəti öyrənəndən sonra cəsədi Yusifə verdi. |
| 46 |
| Yusif kəfən aldı, cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış qəbirə qoydu. O, qəbirin ağzına bir daş yuvarladı. |
| 47 |
| Məcdəlli Məryəm və Yusifin anası Məryəm baxıb cəsədin hara qoyulduğunu gördülər. |
|
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/mark/015.mp3
16
15