Azərbaycan Müqəddəs Kitab 1878
|
| 1 |
| Büdrəməyəsiniz deyə bunları sizə söylədim. |
| 2 |
| Sizi sinaqoqlardan qovacaqlar. Hətta o zaman gəlir ki, sizi öldürən hər kəs Allaha xidmət etdiyini zənn edəcək. |
| 3 |
| Onlar bunları edəcəklər, çünki nə Atanı, nə də Məni tanıdılar. |
| 4 |
| İndi bu şeyləri sizə bildirdim ki, vaxtı gələndə sizə söylədiyimi yada salasınız.Əvvəldən bunları sizə söyləmədim, çünki sizinlə birlikdə idim. |
| 5 |
| İndi isə Məni Göndərənin yanına gedirəm və heç biriniz Məndən “Hara gedirsən?” deyə soruşmur. |
| 6 |
| Amma sizə bu şeyləri söylədiyim üçün ürəyiniz kədərlə doldu. |
| 7 |
| Bununla belə, Mən sizə həqiqəti söyləyirəm: Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, Vəsatətçi yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm. |
| 8 |
| O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcək: |
| 9 |
| günah barədə, çünki Mənə iman etmirlər; |
| 10 |
| salehlik barədə, çünki Atanın yanına gedirəm və daha Məni görməyəcəksiniz; |
| 11 |
| mühakimə barədə, çünki bu dünyanın hökmdarı mühakimə olunub. |
| 12 |
| Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz. |
| 13 |
| Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək. |
| 14 |
| O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək. |
| 15 |
| Atanın hər nəyi varsa, Mənimdir. Buna görə də “Mənim olandan götürüb sizə bildirəcək” söylədim. |
| 16 |
| Az bir müddətdən sonra Məni artıq görməyəcəksiniz, az bir müddətdən də sonra Məni yenə görəcəksiniz». |
| 17 |
| O vaxt İsanın bəzi şagirdləri bir-birinə dedilər: «“Az bir müddətdən sonra Məni görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz” və “çünki Atanın yanına gedirəm” sözlərinin mənası nədir?» |
| 18 |
| Öz aralarında soruşurdular: «Söylədiyi “az bir müddət” nə deməkdir? Nə dediyini anlamırıq». |
| 19 |
| İsa Ondan soruşmaq istədiklərini bilib onlara dedi: «“Az bir müddətdən sonra Məni görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz” sözüm barədəmi bir-birinizdən soruşursunuz? |
| 20 |
| Doğrusunu, doğrusunu sizə deyirəm: siz ağlayıb nalə çəkəcəksiniz, dünya isə sevinəcək; siz kədərlənəcəksiniz, amma kədəriniz sevincə dönəcək. |
| 21 |
| Qadın doğuş zamanı kədərlənər, çünki vaxtı çatıb. Amma uşağı doğandan sonra dünyaya bir insan gətirməyinin sevincinə görə çəkdiyi ağrını yaddan çıxarar. |
| 22 |
| Beləcə siz də indi kədərlisiniz. Lakin Mən sizi yenə görəcəyəm, onda ürəyiniz sevinəcək və heç kəs sevincinizi sizdən ala bilməyəcək. |
| 23 |
| O gün Məndən heç nə soruşmayacaqsınız. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək. |
| 24 |
| İndiyə qədər Mənim adımla heç nə diləmədiniz. Diləyin, alacaqsınız, ta ki sevinciniz kamil olsun. |
| 25 |
| Sizə bu şeyləri məsəllərlə söylədim. İndi elə bir zaman gəlir ki, daha məsəllərlə sizinlə danışmayacağam, amma Ata barədə sizə açıq danışacağam. |
| 26 |
| O gün siz Mənim adımla diləyəcəksiniz. Mən sizin barənizdə Atadan bir şey xahiş edəcəyimi söyləmirəm. |
| 27 |
| Axı Ata Özü sizi sevir, çünki siz Məni sevdiniz və Mənim Allahın yanından gəldiyimə inandınız. |
| 28 |
| Atanın yanından dünyaya gəldim, yenə dünyanı tərk edib Atanın yanına gedirəm». |
| 29 |
| Şagirdləri dedi: «Budur, indi açıq danışırsan, heç bir məsəl söyləmirsən. |
| 30 |
| İndi anlayırıq ki, Sən hər şeyi bilirsən və heç kəsin Səndən soruşmasına ehtiyacın yoxdur. Buna görə də Allahdan gəldiyinə inanırıq». |
| 31 |
| İsa onlara dedi: «İndi inanırsınızmı? |
| 32 |
| Budur, hər birinizin dağılıb öz evinə gedəcəyiniz və Məni tək qoyacağınız vaxt gəlir və artıq gəlib. Amma Mən tək deyiləm, çünki Ata Mənimlədir. |
| 33 |
| Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim». |
|
| Qeydləri qeyd edin |
https://beblia.bible:81/BibleAudio/azerbaijan/john/016.mp3
21
16